Ali-Muhammedin sirleri indd


On bir imam (ə) Əmirəl-mömininin (ə) şərikləridir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə39/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   35   36   37   38   39   40   41   42   ...   227
AliMuhemmedin sirleri

On bir imam (ə) Əmirəl-mömininin (ə) şərikləridir
Dedim: “Ey Allahın peyğəmbəri! Mənim şəriklərim kimlərdir?” Buyur-
du: “Onlar Allahın özünə və mənə yaxınlaşdırdığı, barələrində belə buyurduğu 
şəxslərdir: “Allaha, rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin”.
1
Əgər bir şey barəsində aranızda münaqişə yaransa onu Allaha, rəsuluna və 
özünüzdən olan əmr sahiblərinə təqdim edin.
Dedim: “Ey Allahın peyğəmbəri! Onlar kimlərdir?” Buyurdu: “Mənimlə 
hovuzun başında görüşənə qədər gələcək vəsilərdirlər. Onların hamısı hidayət 
edən və hidayət olunmuşlardır. Onlara hiyləgərin hiyləsi və alçaltmaq istəyənin 
alçaltması zərər yetirməz. Onlar Quranla, Quran da onlarladır. Onlar Qurandan, 
Quran da onlardan ayrılmaz. Allah onların vasitəsilə ümmətimə yardım edər, 
onların varlığı səbəbilə yağış yağdırar və dualarıyla bəlaları uzaqlaşdırar”.
1
“Nisa” surəsi, ayə 59.


54
Suleym ibn Qeys Hilali
Dedim: “Ey Allahın peyğəmbəri! Onların adlarını söylə”. Buyurdu: “Bu 
oğlum (əlini Həsənin başına qoydu), sonra bu oğlum (əlini Hüseynin başına 
qoydu), sonra bu oğlumun oğlu (yenidən əlini Hüseynin başına qoydu), sonra 
onun oğlu. Onun adı mənim adımdan – Muhəmməd olacaq. O, mənim elmimi 
yarandır (Baqirdir) və Allahın vəhyinin xəzinədarıdır. Ey qardaşım, Əli (İmam 
Səccad (ə)) sən həyatda ikən doğulacaq. Məndən ona salam söyləyərsən! Sonra 
Hüseynə tərəf üzünü tutub dedi: Əlinin oğlu Muhəmməd (İmam Baqir (ə)) sən 
həyatda ikən doğulacaq, sən də məndən ona salam söyləyərsən! On iki imam-
ların qalanları sənin oğlundan gələcək, qardaşım”.
Dedim: “Ey Allahın peyğəmbəri! Onların adlarını mənə söylə!”. Onla-
rın adlarını bir-bir mənə dedi. Ey Bəni-Hilalın qardaşı! Allaha and olsun, bu 
ümmətin Mehdisi onlardandır. O yer üzünü günah və zülmlə dolduğu kimi 
haqq və ədalətlə dolduracaq. Allaha and olsun, rükn ilə məqam arasında ona 
beyət edənlərin hamısını tanıyıram, adlarını və hansı qəbilədən olduqlarını da 
bilirəm”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin