Ali-Muhəmmədin sirləri
55
Aban deyir: “Əli ibn Hüseynin (ə) vəfatından sonra həccə getmişdim. Əbu
Cəfər Muhəmməd ibn Əli (İmam Baqiri (ə)) ilə rastlaşdım. Bu hədisin bir hərfi ni
belə azaltmadan ona da söylədim. Gözləri yaşayardı. Sonra buyurdu: “Süleym
doğru demişdir. Cəddim Hüseynin (ə) qətlindən sonra yanıma gəlmişdi.
Həmin
vaxt atamın yanında oturmuşdum. Bu hədisi eynilə mənə söylədi.
Atam ona dedi: “Doğru söylədin. Atam bu hədisi olduğu kimi Möminlərin
əmirindən (ə) sənə nəql etdi və biz buna şahid idik. Sonra Həsən və Hüseyn (ə)
Peyğəmbərdən (s) eşitdiklərini ona danışdılar”.
Həmmad ibn İsa deyir: “Bu hədisi mövlam İmam Cəfər Sadiqin (ə) ya-
nında söylədim. Ağladı və dedi: “Süleym doğru demişdir. Bu hədisi atam atası
Əli ibn Hüseyndən, o da atası Hüseyn ibn Əlidən rəvayət edib. Babam Hüseyn
ibn Əli (ə) demişdi: “Mən bu hədisi Süleymin sualına cavab verdiyi zaman
Möminlərin əmirindən (ə) eşitdim”.
Dostları ilə paylaş: