Ali-Muhəmmədin sirləri
61
torpaqdan xəlq olunmuşuq” dediyini eşitməmisiniz?”
Bədr və Uhud əhli, isla-
mı ilk vaxtlarda qəbul edənlər və öndə gedənlər “Bəli, bunu Peyğəmbərdən (s)
eşitmişik” dedilər.
İmam Əli (ə) buyurdu: “Görəsən əmim oğlu Peyğəmbərin (s) “Allah
Adəmi yaratmazdan on dörd min il əvvəl mən və Əhli-Beytim Allahın hü-
zurunda ibadət edən bir nur idik. Allah Adəmi yaratdıqda nuru onun sülbünə
(belinə) yerləşdirdi və yer üzünə endirdi. Sonra Nuhun sülbündə gəmidə daşıdı.
Sonra İbrahimin sülbündə oda atdı. Ardından Allah bizi analar və atalar ara-
sında seçilmiş və şərəfl i sülblərdən pak rəhmlərə, pak rəhmlərdən seçilmiş və
şərəfl i sülblərə köçürdü ki, onlardan heç biri əsla zinadan törəmədi” dediyini
təsdiq edirsiniz?” Bədr və Uhud əhli, islamı ilk vaxtlarda qəbul edənlər və öndə
gedənlər “Bəli, bunu Peyğəmbərdən (s) eşitmişik” dedilər.
İmam Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! Peyğəmbər (ə) səhabələri
arasında qardaşlıq yaradarkən onların hər biri üçün bir qardaş seçdi. Məni də
özü üçün qardaş seçib “Dünya da və axirətdə sən mənim və mən də sənin qar-
daşınam” dediyini təsdiq edirsinizmi?”. Dedilər: “Allaha
and olsun ki, bəli”.
İmam Əli (ə) dedi: “Peyğəmbər (s) məscidinin torpağını satın alıb məscid
tikdi, sonra (məscidin ətrafında) doqquzu xanımları və onların da ortasında biri
də mənim üçün olmaqla on ev tikdi. Bir müddət sonra mənim evimin qapısı
istisna olmaqla məscidə açılan bütün qapıları bağlatdırdı. Bəzilərinin bu barədə
söz-söhbət salmağa başladıqda Peyğəmbər (s) buyurdu: “Sizin evlərinizin qa-
pısını bağlayıb və onun qapısını açıq saxlayan mən deyiləm.
Bunu mənə Allah
əmr etdi”. Həmçinin Peyğəmbər (s) məndən başqa hər kəsə məsciddə yatmağı
qadağan etmişdi. Peyğəmbərin (s) evilə mənim evim məsciddə olduğu üçün
orada cünub gəzə bilir, Peyğəmbərin (s) və mənim övladlarım orada dünyaya
gəlmişdir. Bunu təsdiq edirsinizmi?” Onlar dedilər: “İlahi, bəli, elədir”.
İmam Əli (s) buyurdu: “Səhhakın oğlu öz evindən məscidə kiçik bir dəlik
açmaq üçün israr etmişdi. O zaman Peyğəmbər (s) buyurmuşdu: “Allah Mu-
saya pak və təmiz bir məscid tikməsini, orada yalnız özünün, Harunun və iki
oğlunun yaşaya biləcəyini buyurmuşdu. Allah mənə də pak və təmiz bir məscid
tikməyi, orada yalnız mənim, qardaşımın və iki oğlunun
yaşaya biləcəyini əmr
etdi”. Bunu təsdiq edirsiniz?».
Dedilər: “Allaha and olsun, bəli”.
İmam Əli (ə) buyurdu: “Peyğəmbərin (s) Qədir Xum günü məni yanına
çağırıb vilayətimi elan etdiyini və “Burada olanlar olmayanlara çatdırsın” dedi-
yini təsdiq edirsinizmi?” «İlahi, bəli, elədir” dedilər.
62
Suleym ibn Qeys Hilali
İmam Əli (ə) dedi: “Peyğəmbər (s) Təbuk döyüşü günü buyurdu: “Sənin
mənə olan nisbətin Harunun Musa nisbəti kimidir. Sən məndən sonra bütün
möminlərin vəlisisən”. Bunu təsdiq edirsinizmi?»
Onlar: “Allaha and olsun ki, bəli” dedilər.
İmam Əli (ə) sözünə belə davam etdi: “Peyğəmbər (s) Nəcranlı xristianları
mübahələyə dəvət etdi. Bu zaman özü ilə mübahələyə məndən, zövcəm və iki
oğlumdan başqa heç kəsi aparmadığını da təsdiq edirsinizmi?”. Dedilər: “Alla-
ha and olsun, elədir”.
İmam Əli (ə) buyurdu: “Peyğəmbər (s) Xeybər bayrağını mənə verərək “Sa-
bah bayrağı elə bir şəxsə verəcəyəm ki, o, Allahı və rəsulunu,
Allah və rəsulu da
onu sevir. Qorxaq deyil və döyüşdən əsla qaçmaz. Allah Xeybəri onun əlilə fəth
edəcək” buyurdu. Bunu bilirsiniz?” Dedilər: “İlahi, şahidik”.
İmam Əli (ə) dedi: “Peyğəmbər (s) “Bəraət”
1
surəsini təbliğ üçün məni
gön dərdi, məndən əvvəl göndərdiyi şəxsi
2
geri çağırdı və bunu Allahın vəhyinə
əsasən etdi. Uca Allah buyurdu: “Sən və sənin özündən olan şəxsdən (Əlidən)
başqası bunu təbliğ edə bilməz”. Bunu təsdiq edirsinizmi?” Oradakılar dedilər:
“Allaha and olsun ki, bəli”.
İmam Əli (ə) buyurdu: “Peyğəmbər (s) bir çətinliklə qarşılaşdıqda mənə
olan etibarına görə öndən məni göndərər, məni heç vaxt adımla çağırmaz, “Ey
qardaşım” və ya “Qardaşımı yanıma çağırın” deyərdi. Bunu təsdiq edirsiniz?”
Dedilər: “Bəli, Allaha and olsun ki, elədir”.
İmam Əli (ə) buyurdu: “Təsdiq edirsiniz ki, Həmzənin qızı haqqında mən,
Cəfər və Zeyd arasında Peyğəmbər (s) hakimlik edərkən “Ya Əli!
Sən məndən,
mən də səndənəm. Sən məndən sonra bütün möminlərin vəlisisən” dedi?”
Dedilər: “İlahi, bəli!”.
İmam Əli (ə) dedi: “Mən hər gün və hər gecə Peyğəmbərin (s) yanına gedir və
onunla tək qalır, mən soruşur, o isə cavab verirdi. Susduğum vaxtda isə o (izah etməyə)
başlayırdı”. Bunu da təsdiq edirsinizmi?” Onlar “Allaha and olsun, bəli” dedilər.
İmam Əli (ə) buyurdu: “Peyğəmbər (s) məni Cəfər və Həmzədən üstün
tutmuş, Fatiməyə: “Səni əhlimin ən xeyirlisi, ümmətimin ən yaxşısı, ilk mü səl-
man, helm və elmdə ümmətimin ən üstünü ilə evləndirdim” demişdi?”. Dedilər:
“Bəli, Allaha and olsun!”.
1
“Tövbə” surəsidir.
2
Rəvayətlərdə “Tövbə (Bəraət)” surəsinin Məkkədəki müşriklərə təbliğ edilməsi üçün Pey-
ğəmbərin (s) əvvəlcə yaşlı səhabəni göndərdiyi, ancaq Allahın vəhy nazil edərək bu işdən razı
olmadığını bildirməsindən sonra yaşlı səhabəni yoldan qaytarıb İmam Əlini
göndərdiyi nəql
edilir. Bax: “Biharul-ənvar”, c.35, səh.295.
Ali-Muhəmmədin sirləri
63
İmam Əli (ə) dedi: “Peyğəmbərin belə buyurduğunu təsdiq edirsiniz? “Mən
Adəm övladlarının seyidi, qardaşım Əli ərəblərin ağası, qızım Fatimə cənnət
qadınlarının seyyidəsi və iki oğlum Həsənlə Hüseyn isə cənnət cavanlarının
ağalarıdır”. Dedilər: “İlahi, bəli, elədir”.
İmam Əli (ə) buyurdu: “Təsdiq edirsiniz ki, Peyğəmbər (s) ona qüsl
verməyimi, onu yuyarkən Cəbrayılın mənə yardım edəcəyini əvvəlcədən bil-
dirmişdi?”. Dedilər: “Allaha and olsun, elədir”.
İmam Əli (ə) dedi; «Allahı sizə şahid tuturam! Peyğəmbər (s) sizə söylədiyi
son xütbəsində “Ey camaat! Mən sizin aranızda (özümdən sonra) iki şey qoy-
dum, onlardan tutduğunuz müddətcə yoldan əsla azmayacaqsınız: Allahın kita-
bı və Əhli-Beytim.” demədimi?” Dedilər: “Allaha and olsun ki, bəli”.
İmam Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! Allah kitabında yüzdən
çox ayədə önə keçənin geridə qalandan fəzilətli olduğunu və bu ümmətdən bir
nəfərin belə Allaha və Peyğəmbərinə (s) nisbətlə məndən önə keçmədiyini bi-
lirsiniz?” Dedilər: “Allaha and olsun, bəli, bilirik”.
İmam Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam!
“(İslamı) ilk əvvəl qəbul
Dostları ilə paylaş: