Ali-Muhammedin sirleri indd


edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara...”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə46/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   42   43   44   45   46   47   48   49   ...   227
AliMuhemmedin sirleri

edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara...”
1
ayəsilə “Və 
öndə olanlar. Onlar öndədirlər! Onlar (Allah dərgahına, Allahın lütfünə) ya-
xınlaşdırılmış kimsələrdir”
2
 ayəsinin kimin barəsində nazil olduğunu bilmirsi-
niz? Peyğəmbərdən bu barədə soruşulduqda belə cavab vermədimi: “Allah bu 
ayəni peyğəmbərlər və vəsilər haqqında nazil edib. Mən peyğəmbərlərin, Əli 
ibn Əbu Talib isə vəsilərin ən fəzilətlisidir”. Onlar hamılıqla: “Allaha and olsun 
ki, elədir” dedilər.
İmam Əli (ə) dedi: “Allahı sizə şahid tuturam! “Ey iman edənlər! Al-
laha, rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin”
3
; “Sizin vəliniz 
ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz 
qılır və rükuda olduqları halda zəkat verirlər”;
4
 “Yoxsa elə güman edirsi-
niz ki, Allah içərinizdən cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən 
və möminlərdən başqasını özlərinə vəli edənləri ayırd etməmiş siz sərbəst 
buraxılacaqsınız?”
5
ayələri nazil olduqda camaat: “Ey Allahın elçisi! Bu 
ayələr bəzi möminlər haqqındadır, yoxsa bütün möminlərə şamildir? deyə 
soruşdular.
1
“Tövbə” surəsi, ayə 100.
2
“Vaqiə” surəsi, ayə 10-11.
3
“Nisa” surəsi, ayə 59.
4
“Maidə” surəsi, ayə 55.
5
“Tövbə” surəsi, ayə 16.


64
Suleym ibn Qeys Hilali
Allah da Peyğəmbərə (s) əmr sahibi olan vəlilərini onlara tanıtmasını və na-
maz, zəkat, oruc və həcc kimi ibadətləri izah etdiyi kimi vilayəti də onlar üçün 
təfsir etməsini buyurdu. Peyğəmbər də (s) Qədir Xumda məni xəlifə olaraq təyin 
etdi və xütbəsində dedi: “Ey insanlar! Allah mənə elə bir tapşırıq verib ki, ondan 
sinəm daraldı və camaatın məni inkar edəcəyindən qorxdum. Amma Allah təbliğ 
etməyim üçün təhdid etdi və əks təqdirdə mənə əzab verəcəyini bil dirdi”.
Sonra insanların namaza toplanması üçün əmr verdi və namazın ardın-
ca xütbə söyləyərək buyurdu: “Ey insanlar! Allahın mənim vəlim olduğunu, 
mənim də möminlərin vəlisi olduğumu və onlara öz canlarından övla olduğu-
mu bilirsiniz?” Toplaşanlar dedilər: “Bəli, Ey Allahın elçisi!”
Peyğəmbər (s): “Əli, ayağa qalx” dedi. Sonra buyurdu: “Mən kimin möv-
lasıyamsa, Əlidə onun mövlasıdır. İlahi, ona dost olanla dost ol və ona düşmən 
olanla düşmən ol” dedi.
Salman ayağa qalxdı və dedi: “Ya Peyğəmbər! Bu necə vilayətdir?” 
Peyğəmbər (s) buyurdu: “Mənim vilayətim kimidir. Mən kimə öz canından 
övla (ixtiyar sahibiydimsə) idimsə, Əlidə ona öz canından övladır”. Elə oradaca 
Uca Allah bu ayəni endirdi: “Bu gün dininizi kamala çatdırdım, sizə nemətimi 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin