Ali-Muhəmmədin sirləri
65
Zeyd
ibn Ərqəm, Bərra ibn Azib, Əbu Zərr, Miqdad və Əmmar ayağa qal-
xıb dedilər: “Biz şahidlik
edirik ki, Peyğəmbərin (s) sözlərini əzbərlədik. O,
minbərin üzərində ayaq üstə dayanmışdı və sən də yanında idin. Belə deyirdi:
“Ey insanlar! Allah mənə imamınızı, məndən sonra ümmətim arasındakı Qai-
mi, vəsimi və xəlifəmi təyin etməyimi əmr etdi. O, Allahın kitabında itaəti va-
cib, itaətinin Allahla və mənim itaətimlə bərabər tutulduğu və sizlərə vilayətini
qəbul etməyiniz əmr olunan şəxsdir. Mən nifaq əhlinin tənələrindən və inkarla-
rından qorxaraq Rəbbimə üz tutdum. O da bunları təbliğ etmədiyim
halda mənə
əzab verəcəyini bildirdi.
Ey insanlar! Allah kitabında sizə namazı əmr etdi və mən onu sizə açıq-
ladım. Zəkatı, orucu və həcci əmr etdi və mən onları da sizə açıqlayıb təfsir
etdim. Sonra da sizə vilayəti əmr etdi. Mən sizi şahid edirəm ki,
vilayət - əlini
Əlinin (ə) sinəsinə qoyaraq - buna aiddir, bundan sonra iki oğluna və sonra
onların nəslindən gələcək vəsilərə məxsusdur. Hovuzumun yanında mənə
qovuşanadək onlar Qurandan və Quran da onlardan ayrılmayacaq.
Ey insanlar! Məndən sonra sığınacağınızı, imamınızı, vəlinizi və
hidayətçinizi sizə bəyan etdim. O, qardaşım Əli ibn Əbu Talibdir.
Onun sizin
aranızdakı məqamı mənim sizin aranızdakı məqamım kimidir. Dininizdə onu
izləyin və bütün işlərinizdə ona itaət edin. Çünki Allahın mənə öyrətdiyi bütün
elm və hikmətlər onun yanındadır. Ondan və özündən sonrakı vəsilərdən soru-
şun və öyrənin. Onlara bir şey öyrətməyə çalışmayın,
onlardan önə keçməyin
və onlardan geridə qalmayın. Onlar haqq ilə, haqq da onlarladır. Nə haqq onlar-
dan, nə də onlar haqdan ayrılarlar”. Sonra əyləşdilər.
1
Süleym deyir: Sonra Əli (ə) buyurdu: “Ey insanlar!
Məgər bilmirsiniz ki,
Allah kitabında
“Ey Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi
Dostları ilə paylaş: