Ali-Muhəmmədin sirləri
67
Ardınca İmam Əli (ə) buyurdu: “Allah xatirinə söyləyin! Bilmirsinizmi
Peyğəmbər (s) ən son xütbəsində nə buyurdu?! “Ey camaat! Sizin aranızda iki
şeyi əmanət qoyuram: Uca Allahın kitabı və itrətim olan Əhli-Beytim. Əgər
onlara sarılsanız əsla azmayacaqsınız. Lütf sahibi
və hər şeydən xəbərdar olan
Allah mənə xəbər verib ki, bu ikisi hovuzun başında mənə qovuşanadək bir-
birlərindən əsla ayrılmayacaqlar”. Səhhakın oğlu sanki
qəzəbli bir halda ayağa
qalxaraq demişdi: “Ey Peyğəmbər! Onların hamısı Əhli-Beytindir?” Peyğəmbər
(s) buyurdu: “Xeyr, vəsilərimdir. Onlardan Əli qardaşım, vəzirim, varisim,
ümmətimdə xəlifəm, məndən sonra hər möminin vəlisidir. O, vəsilərin birinci-
sidir. Sonra
oğlum Həsən və sonra Hüseyn, sonra oğlum Hüseynin bir-birinin
ardınca gələcək doqquz övladı. Hovuzun başında mənə qovuşacaqlar. Allahın
yer üzündəki şahidləri, məxluqları üzərindəki höccətləri, elminin xəzinədarları
və hikmətinin mədənidirlər. Kim onlara
itaət etsə Allaha itaət etmiş, onlara qar-
şı çıxan isə Allaha qarşı çıxmışdır”.
Onların hamısı dedilər: “Peyğəmbərin (s) bunları söylədiyinə şahidik”.
Dostları ilə paylaş: