Ali-Muhammedin sirleri indd


 Əmirəl-mömininlə (ə) Təlhə arasındakı söhbət



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə51/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   47   48   49   50   51   52   53   54   ...   227
AliMuhemmedin sirleri

3. Əmirəl-mömininlə (ə) Təlhə arasındakı söhbət
Xilafət barəsində Əbu Bəkrin “hədisi”nə yeddi cavab
Təlhə ibn Ubeydullah (ona “Qüreyşin dahisi” deyirdilər) dedi: “Çox təəssüf 
ki, o gün səni zorla, boynunda ip olduğu halda gətirib “beyət et” dedikləri vaxt 
Yaşlı səhabənin, Səhhakın oğlunun və dostlarının iddia etdiklərini də təsdiqlədilər 
və onların sözlərinə şahidlik etdilər. Sən həmin vaxt da onlar qarşısında öz fəzilət 
və üstünlüklərinə dəlil göstərdin. Oradakıların hamısı da səni təsdiqlədilər. Amma 
sonra yaşlı səhabə Peyğəmbərin (s): “Allah bizim üçün peyğəmbərliklə xilafəti 
bir yerdə (bu dünyada) cəm etmədi” söylədiyini eşitdiyini iddia etdi. Ömər, Əbu 
Übeydə ibn Cərrah, Salim və Muaz ibn Cəbəl də onu təsdiqlədilər”.
Sonra Təlhə irəli gəlib dedi: “(Ya Əli!) Söylədiyin və iddia etdiyin hər şey 
haqdır. Dəlil göstərdiyin fəzilət və üstünlüklərin də haqdır. Biz bunları təsdiq və 
qəbul edirik. Amma xilafətə gəldikdə, o beş nəfər də eşitdiyin şeyə şahid olublar”.
Birinci cavab: Səhifə üzərində əhdləşmənin ifşası
Bu vaxt İmam Əli (ə) Təlhənin sözünə əsəbiləşib ayağa qalxdı. Gizlətdiyi 
bir şeyi açıqlayıb hamıya bəyan etdi. Bu sözü Səhhakın oğlu öldüyü gün demiş-
di. Amma nə demək istədiyini başa düşməmişdilər.
Təlhəyə yaxınlaşdı, camaat onu dinləyirdi. Dedi: “Ey Təlhə! Allaha and 
olsun ki, qiyamət günü Allahla görüşəcəyim vaxt heç bir əhdnamə mənə o beş 
nəfərin Vida həccində Kəbənin içində üzərinə əhd bağladıqları bu müqavilədən 
sevimli deyil. O müqaviləyə görə, əgər Allah Muhəmmədi öldürsə və ya 
öldürülsə məni əsla xilafətə yaxın buraxmayacaqlar, bu məsələdə bir-birlərinə 
yardım edəcəkdilər.


Ali-Muhəmmədin sirləri
69
İkinci cavab: Qədir Xum hədisi
İmam Əli (ə) buyurdu: “Ey Təlhə! Şahidlik etdikləri sözün yalan olduğunun 
dəlili Peyğəmbərin (s) Qədir Xumda dediyi bu sözdür: “Mən kimə öz canından 
övlayamsa, Əlidə ona öz canından övladır”. Onlar
1
mənim üzərində hakim və 
əmirlər olduqları halda mən necə onlara öz canlarından övla ola bilərəm?!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin