Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə53/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   49   50   51   52   53   54   55   56   ...   227
AliMuhemmedin sirleri

Altıncı cavab: Şura
Altı nəfər şura üzvləri olaraq hamımız həyatdayıq. Əgər Səhhakın oğlu və 
dostları Peyğəmbəri (s) təsdiq edirdilərsə niyə məni şuraya üzvü elədilər? Bizi 
şuraya xilafət üçün, yoxsa başqa bir şey üçün toplamışdılar? Əgər xəlifəlikdən 
başqa bir şey üçün topladığını güman edirsinizsə, o zaman Əffanın oğlu bi-
zim üzərimizdə xəlifə deyil və bizim şurada başqa bir mövzuda müzakirə 
aparmağımız lazım olacaqdı. Çünki bizə xilafətdən başqa bir mövzuda fi kir 
bildirməyimizi əmr etmişdi. Amma, əgər şura xilafət mövzusunda qurulmuş-
dusa, bəs niyə məni sizinlə oraya daxil etdi? Peyğəmbər (s) ki, (sizə görə) Əhli-
Beytini xilafətdən uzaq tutmuş və onların xilafətdə haqlarının olmadığını de-
mişdi?! Əgər bu hədis doğru idisə, o zaman niyə məni şuradan çıxarmadınız?
Yeddinci cavab: Ölərkən Səhhakın oğlunun söylədikləri
Niyə Səhhakın oğlu bizi (şuradakıları) bir-bir çağırdığı zaman oğlu Ab-
dullaha belə dedi? Ömərin oğluna işarə edərək: budur, Abdullah da burdadır. 
Allahı sənə şahid tuturam, biz çölə çıxdığımız zaman atan sənə nə dedi?
(Abdullah ibn Ömər) dedi: “Madam ki, mənə Allahı şahid tutursan, atam 
mənə belə dedi: “Əgər Bəni-Haşimin əsəlinə
1
beyət etsələr, onları aydınlığa 
çıxarar, Allahın kitabı və Peyğəmbərin (s) sünnəsinə əsaslanıb ayağa qaldırar”.
İmam Əli (ə) dedi: “Ey Ömərin oğlu! Bəs sən o zaman nə dedin?” Abdullah 
dedi: “Ona dedim: “Ey ata! Sənin onu xəlifə təyin etməyinə nə mane olur?” Əli 
(ə) soruşdu: “Səhhakın oğlu sənə nə cavab verdi?” Abdullah dedi: “Mənə bir 
şey söylədi. Mən onu gizli saxlayıb söyləməyəcəyəm”. İmam Əli (ə) buyurdu: 
“Onun sənə və sənin də ona söylədiyin hər şeyi Peyğəmbər (s) mənə xəbər ver-
mişdi”. Dedi: “Nə vaxt xəbər verib?” İmam Əli (ə) buyurdu: “Həyatda ikən və 
sonra da atanın öldüyü gecə yuxuda mənə xəbər verdi. Hər kim Peyğəmbəri (s) 
yuxusunda görsə, onu elə həqiqətdə görmüşdür”.
Ömərin oğlu dedi: “Sənə nə dedi?” Əli (ə) buyurdu: “Ey Ömərin oğlu! 
Onları doğru söylədiyim zaman məni təsdiqləməyin üçün Allahı sənə şahid 
tuturam”.
1
Başının təpəsində saçı az olan adam. Bununla İmam Əlini (ə) qəsd edir.


Ali-Muhəmmədin sirləri
71
Abdullah dedi: “Ya da ki, susacağam”. İmam Əli (ə) dedi: “Mənə bu-
yurdu: “Sən ona “Sənin onu xəlifə təyin etməyinə nə mane olur?” dedikdə, o 
sənə: “Mənə mane olan şey öz aramızda yazdığımız və Kəbənin içində Vida 
həccində barəsində əhd bağladığımız müqavilədir”. Ömərin oğlu susdu və son-
ra “Peyğəmbərin haqqına xatir, məndən əl çəkməyini istəyirəm!” dedi.
Süleym deyir: “O məclisdə Ömərin oğlunu boğazı qurumuş və gözlərindən 
yaşlar axdığı halda gördüm.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin