Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Peyğəmbərin (s) məqamına ən çox haqq sahibi kimdir?



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə55/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   51   52   53   54   55   56   57   58   ...   227
AliMuhemmedin sirleri

72
Suleym ibn Qeys Hilali
Peyğəmbərin (s) məqamına ən çox haqq sahibi kimdir?
Bu ikisindən Peyğəmbərin (s) yerində və məqamında oturmağa daha çox 
hansı layiqdir? Peyğəmbər (s) “Tövbə” surəsinin təbliği üçün şəxs təyin et-
diyi zaman belə dediyini eşitdiniz: “Mənim adımdan təbliğ etməyə məndən 
və ya məndən olan şəxsdən başqası layiq deyildir”. Allahı sizə şahid tutu-
ram! Siz bunu Peyğəmbərdən (s) eşitmədiniz?” Dedilər: “Bəli! Allaha and ol-
sun! Biz “Tövbə” surəsinin təbliği üçün səni təyin etdiyini Peyğəmbərdən (s) 
eşitdiyimizə şahidlik edirik”.
İmam Əli (ə) dedi: “Sizin yoldaşınız (Yaşlı səhabə) Peyğəmbər (s) adından 
dörd barmaq uzunluğunda bir yazını təbliğ etməyə səlahiyyəti çatmadı. İndi 
sizcə, hansımız onun (Peyğəmbərin (s)) yerində və məqamında olmağa daha 
layiqik? Peyğəmbərin (s) öz adından danışması üçün xüsusi təyin etdiyi şəxs, 
yoxsa bu ümmətin özünün təyin etdiyi və Peyğəmbərdən (s) olmayan kimsə?!” 
Məgər Peyğəmbər (s) burada olanlar olmayanlara 
təbliğ etsinlər buyurmadımı?!
Təlhə dedi: “Bunu Peyğəmbərdən (s) eşitdik. De görək, niyə heç kimin 
Peyğəmbərin (s) adından təbliğ edə bilməz? Halbuki o bizə belə demişdi: “Bu-
rada olanlar olmayanlara təbliğ etsinlər (çatdırsınlar)? Yenə də, Ərəfat çölündə 
Vida həccində buyurmuşdu: “Allah sözlərimi dinləyib qoruyan və (başqalarına) 
çatdıran şəxsə rəhm eləsin. Nə qədər insan var ki, elmi daşıyır, amma onu an-
lamır; nə qədər insan var ki, elmi özündən daha yaxşı anlayanlar üçün daşıyır. 
Müsəlmanın qəlbi üç şeyə xəyanət etməz: Allah üçün xalis əməl etməyə; əmr 
sahibini dinləməyə, itaət etməyə və nəsihətlərinə qulaq asmağı; cəmiyyətindən 
ayrılmağa. Onların dəvəti hamını əhatə edir”. Və yenə Peyğəmbər (s) başqa bir 
dəfə də ayağa qalxıb dedi: “Burada olanlar olmayanlara təbliğ etsinlər”.
İmam Əli (ə) dedi: “Peyğəmbər bunları Qədir Xum günü, Ərəfə günü Vida 
həccində və vəfat etdiyi gün söyləmişdir. Etdiyi ən son xütbəsinə diqqət yetir! 
Belə buyurmuşdu: “Mən sizin aranızda iki şey buraxdım. Bunlara sarıldığınız 
müddətdə əsla yoldan azmazsınız: Allahın kitabı və Əhli-Beytim. Uca Allah bu 
ikisinin hovuzun başında mənimlə görüşənə qədər bir-birlərindən ayrılmaya-
caqlarına vəd verib. Bu iki barmaq kimi (işarə və orta barmağını göstərdi) biri 
digərindən öndədir. Bu ikisinə sarılın ki, yoldan zəlalətə düşməyəsiz və səhvə 
yol verməyəsiz. Onlardan önə keçməyin və geridə də qalmayın. Onlara bir şey 
öyrətməyə çalışmayın, çünki onlar sizdən daha elmlidirlər”.


Ali-Muhəmmədin sirləri
73
Peyğəmbər (s) Ali-Muhəmməd imamlarına (ə) itaətin və onların haqları-
na riayət olunmağın vacibliyini bütün insanlara çatdırmağı ümumi camaata 
əmr etdi. Təbliğ üçün Ali Muhəmmədin (ə) haqqından başqa heç bir mövzuda 
şahidlərin qaiblərə çatdırmasını buyurmadı. Peyğəmbər (s) məhz öz adından 
yalnız özünün təyin etdiyi şəxslərdən başqasının danışa bilməyəcəklərini bütün 
insanlara bildirməyi ümumi camaata əmr etdi.
Ey Təlhə! Sizin eşitdiyiniz halda Peyğəmbər (s) mənə belə demədimi: “Ey 
qardaşım! Səndən başqası mənim borcumu ödəyə bilməz və səndən başqası boy-
numda olanı əda etməz. Mənim boynumda olanları ödəyən, əmanətimi yerinə 
yetirən və sünnətimə görə döyüşəcək olan sənsən!” Yaşlı səhabə rəhbərliyi 
ələ keçirdiyi zaman Peyğəmbərin (s) borclarını ödəyib vədlərini yerinə ye-
tirdimi? Onların hamısını mən təsbit etdim, borclarını ödədim və vədlərini 
yerinə yetirdim. Peyğəmbər məndən başqasının borclarını ödəməyəcəyini və 
vədlərini yerinə yetirməyəcəyini onlara xəbər vermişdi. Yaşlı səhabənin on-
lara Peyğəmbərin (s) borclarını və vədlərini vermədi. Yalnız mən borclarını 
ödədim, vədlərini yerinə yetirdim və əmanətini qaytardım.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin