Ali-Muhammedin sirleri indd


Təbliğçilər və Allahın insanlar üzərindəki əmirləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə56/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   52   53   54   55   56   57   58   59   ...   227
AliMuhemmedin sirleri

Təbliğçilər və Allahın insanlar üzərindəki əmirləri 
İmamlardır (ə) 
Peyğəmbərin (s) adından Allahdan gələn şeylərin hamısını yalnız Allahın 
kitabında itaətlərini vacib və vilayətlərini əmr etdiyi imamlar təbliğ edə bilərlər. 
O şəxslər ki, onlara itaət Allaha itaətdir və onlara qarşı üsyan Allaha üsyandır”.
Təlhə dedi: “Məni rahatlaşdırdın. Sən bunu mənə açıqlayana qədər 
Peyğəmbərin (s) nə demək istədiyini anlamamışdım. Ya Əbul-Həsən! Allah 
sənə bütün ümmətdən xeyir bəxş eləsin!
4. Quranın toplanması barədə söhbət
Əmirəl-mömininin (ə) Quranı toplaması
Ya Əbul-Həsən! Səndən bir şey soruşmaq istəyirəm. Sənin möhürlənilmiş 
bir parça ilə çıxdığını gördüm. Belə demişdin: “Ey insanlar! Mən Peyğəmbərin 
(s) qüslu, kəfənləməsi və dəfnilə məşğuldum. Sonra Allahın kitabının bir yerə 
toplanması ilə məşğul oldum. Bu (parçanın içindəki), Allahın toplanmış kita-
bıdır. Ondan bir hərf belə azalmamışdır”. Amma mən yazdığın və topladığın 
həmin kitabı görmədim.


74
Suleym ibn Qeys Hilali
Səhabənin Quranı toplaması
Səhhakın oğlu xilafətdə olduğu zaman kitabı ona göndərməyin üçün yanı-
na adam göndərdiyini gördüm. Sən imtina etdin. Sonra Səhhakın oğlu camaatı 
çağırdı. Əgər iki nəfər bir ayənin Qurandan olduğuna şahidlik etsəydilər onu 
kitaba yazırdı. Əgər bir nəfər şahidlik etsə, tərk edir və onu yazmırdı. Səhhakın 
oğlunun belə dediyini eşitdim: “Yəmamə günündə Quran oxuyan adamlar 
öldürüldülər. Onların oxuduğunu başqaları oxumurdu. (Oxuduqları ayələr və 
ya həmin Quran) artıq yoxdur”. Həmçinin Səhhakın oğlunun katibləri kitabı 
yazarkən bir qoyun gəlmiş və o kitabın səhifələrindən birini yemişdi. Onda 
yazılanlar da yox oldu və həmin gün katib Osman idi. Bu barədə nə deyirsən?
Səhhakın oğlu və Osmanın zamanında Quran katibləri belə deyirdilər: 
“Əhzab” surəsi “Bəqərə” surəsi qədər idi. “Nur” surəsi yüz altmış ayə idi və 
“Hucurat” surəsi doxsan isə ayə idi”. Bu necə işdir? Allah sənə rəhm eləsin
topladığını (Quranı) camaatın qarşısına çıxarmağa nə mane oldu?
Osman Səhhakın oğlunun topladıqlarını cəm edib kitab halına gətirdikdə 
buna şahid oldum. Camaatı yalnız bir qiraətlə oxumağa məcbur etdi. Ubey ibn 
Kəbin və Abdullah ibn Məsudun kitablarını cırıb atəşə atdı. Bu nə məsələ idi?”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin