76
Suleym ibn Qeys Hilali
kim olacaq?” Əli (ə) dedi: “Peyğəmbərin (s) miras qoymağımı əmr etdiyi şəxsə
verəcəyəm”. Təlhə dedi: “O kimdir?” Əli (ə) buyurdu: “Mənim
vəsim və məndən
sonra insanların övlası (üstünü) bu oğlum Həsəndir. Oğlum Həsən vəfat edərkən
onu oğlum Hüseynə ötürəcək. Sonra bir-biri ardınca
Hüseynin öv
ladlarına
keçəcək və onların sonuncusu hovuzunun kənarında Peyğəmbərlə (s) görüşənə
qədər belə olacaq. Onlar Quranla və Quran da onlarladır. Onlar Qurandan və
Quran da onlardan ayrılmaz.
Qüreyş qəbilələrindən olan on iki zəlalət imamı
Amma Müaviyə və oğlu Əffanın oğlundan sonra hakimiyyətə gələcəklər.
Bu ikisinin ardından Həkəm ibn Asın övladlarından
yeddi nəfər bir-birinin ar-
dınca hakimiyyətə gələcəklər və zəlalət imamları on iki nəfərlə tamamlanacaq.
Onlar Peyğəmbərin (s) öz minbəri üzərində gördüyü kəslərdir. Onun ümmətini
yenidən cahiliyyət dövrünə geri qaytaracaqlar.
Onlardan on nəfəri Bəni-
Üməyyədəndir. Digər ikisi isə onlar üçün zəmin hazırlayacaqlar. Bu ümmətin
günahlarının bir qatı onların üzərindədir”.
Oradakılar dedilər: “Ya Əbul-Həsən!
Allah sənə rəhm eləsin, bağışla-
sın! Nəsihətinə və sözünün gözəlliyinə görə mükafatların ən üstünü ilə bizim
tərəfi mizdən səni mükafatlandırasın!”