Ali-Muhammedin sirleri indd


tayfa məni zəifl ətdi, az qaldı ki, öldürə”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə62/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   58   59   60   61   62   63   64   65   ...   227
AliMuhemmedin sirleri

tayfa məni zəifl ətdi, az qaldı ki, öldürə”. Mənim üçün Harundan gözəl bir 
nümunə və Peyğəmbərin (s) əhdilə də güclü bir dəlilim var”.
Süleym deyir: “Əş`əs dedi: Əffanın oğlu da belə etdi. Camaatdan pənah 
istədi. Onları köməyə çağırdı. Əlini dinc saxladı və məzlum halda öldürüldü”. 
Əli (ə) dedi: “Vay olsun sənə, ey Qeysin oğlu! Bu qövm mənə qalib gəlib, 
məni zəifl ətdikdə, öldürmək üzrə olduqları zaman mənə: “Səni mütləq öl dü rə-
cəyik” desəydilər, tək olmağıma baxmayaraq məni öldürmələrinə mane olardım. 
Amma mənə: “Əgər beyət etsən səndən əl çəkər, ehtiram göstərər, özü müzə ya-
xınlaşdırar, fəzilətini qoruyarıq. Əgər beyət etməsən, o zaman səni öldürərik!” 
dedilər. Bir yardım tapa bilmədiyim üçün onlara beyət etdim. Mənim beyətim 
onların batilliyinə haqq qazandırmaz və onlara heç bir haqq verməz.
Əgər camaat Əffanın oğluna “Xəlifəlikdən get!” dedikləri zaman getsəydi 
onu öldürməyəcəkdilər. Amma o: “Getmirəm” dedi. Camatt da: “(O zaman) 
səni öldürəcəyik” dedilər. Camaat onu öldürənə qədər əlini tərpətmədi (özünü 
müdafi ə etmədi). Canıma and olsun, əgər xəlifəlikdən imtina etsəydi onun üçün 
daha yaxşı olardı. Çünki onu (xilafəti) haqsız olaraq əldə etmişdi. Xəlifəlikdən 
heç bir payı yox idi. Haqqı olmayan şeyi iddia edir və başqalarının haqqını 
yeyirdi.
Vay olsun sənə, ey Qeysin oğlu! Əffanın oğlu vəziyyəti iki nəfərdən biri-
nin vəziyyətindən fərqli deyil: “Biri, camaatı yardıma çağırmış, amma camaat 
yardım etməmiş, digəri də camaat ona yardım etmək istəmiş, amma o yardım-
dan imtina etmişdir”. Hidayət edən və özü hidayət olmuş, (dində) heç bidət 
çıxarmamış və heç bir bidətə göz yummamış bir rəhbərə (əgər Əffanın oğlu 
özü belə idisə) yardım etməkdən müsəlmanları çəkindirmək ona halal deyil. 
Onları məhrum etməklə nə pis iş görmüşdür! Camaat da ona itaət etməklə nə 
pis iş görmüşlər! Ya da ona qarşı üsyana onun öz zülmü və gizlində verdiyi pis 
qərarları, Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə zidd verdiyi hökmlərə 
və etdiyi zülmlərinə görə camaatın onu yardıma layiq bilməməsi qətlinə səbəb 
olmuşdur.
Osmanın ailəsindən, dostlarından və yoldaşlarından dörd mindən çox adam 
onunla birlikdə idi. İstəsəydi onların vasitəsilə özünü qoruyardı. Bəs nə üçün 
onları özünə yardım etməkdən məhrum etdi. Əgər Bəni-Teymin qardaşına 


Ali-Muhəmmədin sirləri
81
(Yaşlı səhabəyə) beyət edildiyi gün mənə müti olacaq qırx nəfəri tapsaydım on-
larla döyüşərdim. Amma Səhhakın oğlu və Əffanın oğlu ilə beyət edildiyi gün 
belə etməzdim. Çünki artıq beyət etmişdim və mənim kimi bir şəxs beyətini 
əsla pozmaz.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin