Ali-Muhammedin sirleri indd


İmam Əlinin (ə) müharibələrdəki mövqeyi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə63/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   59   60   61   62   63   64   65   66   ...   227
AliMuhemmedin sirleri

İmam Əlinin (ə) müharibələrdəki mövqeyi
Vay olsun sənə, ey Qeysin oğlu! Əffanın oğlu öldürüldüyü zaman yardı-
mım olunca nə etdiyimi gördünmü? Bəsrə (Cəməl) döyüşündə onlar dəvələrinin 
ətrafında ikən məndə bir zəifl ik, gecikmə, qorxu və ya qüsur gördünmü?! 
Onunla olanlar lənətlənmişlər, o dəvənin ətrafında öldürülənlər lənətlənmişlər! 
Tövbə etmədən və bağışlanma diləmədən geri dönənlər də lənətlənmişlər! 
Onlar mənim yardımçılarımı öldürdülər, mənimlə olan beyətlərini pozdular, 
idarəçiliyi parça-parça etdilər və mənə qarşı çıxdılar. 
Mən on iki min adamla onların üzərinə getdim. Onların sayı yüz iyirmi 
mindən çox idi. Allah bizi onlara qalib etdi, bizim əlimizlə onları öldürdü və 
möminlərin qəlblərinə şəfa verdi.
Ey Qeysin oğlu! Siffi n savaşımızı necə gördün? Allah bizim əlimizlə onlar-
dan əlli min adamı öldürdü. Ayrı-seçkilik etmədən hamısını oda atdı.
Nəhrivan günü Mariqinlərlə qarşılaşdığımızda bizi necə gördün? Onlar 
həmin gün dünya həyatında səyləri puç olmuş kəslərin dininə bağlanmış və 
əməllərinin gözəl olduğunu zənn edirdilər. Allah onları bizim əllərimizlə öldür-
dü və ayrı-seçkilik etmədən hamısını oda atdı. Onlardan on nəfər sağ qalmadı 
və möminlərdən on nəfəri belə öldürə bilmədilər.
Vay olsun sənə, ey Qeysin oğlu! Heç mənim və ya mənimlə bayrağın geriyə 
qaçdığını görmüsənmi? Sənmi məni qınayırsan, ey Qeysin oğlu? Halbuki mən 
olduğum hər bir yerdə Peyğəmbərə (s) yoldaş idim. Onu izləyir və çətinliklər 
qarşısında ən öndə dayanırdım. Nə qaçdım, nə də gözündən itdim, nə acizlik 
göstərdim, nə yerimi tərk etdim və nə düşmənə arxamı çevirdim. Çünki nə 
bir peyğəmbərə və nə də vəsiyə döyüş libasını geydikdən və düşmən üzərinə 
hərəkət etdikdən sonra ölənə və ya Allah ona zəfər bəxş edənə qədər geri qa-
yıtmaq yaraşmaz.
Əgər o dörd nəfər kimi qırx nəfəri tapsaydım!!!
Ey Qeysin oğlu! Heç mənim qaçdığımı və ya geri çəkildiyimi eşitdinmi? 
Ey Qeysin oğlu! Məni Əbu Bəkrə beyət etməklə qınayırsan. Toxumu ya-
rana və küləyi yaradana and olsun, həmin gün mənə yardım etməyə hazır olan 


82
Suleym ibn Qeys Hilali
o dörd nəfərin bəsirətinə sahib qırx nəfər tapsaydım onlarla döyüşməkdən 
çəkinməzdim. Amma beşincini tapa bilmədim və susdum”.
Əşəs dedi: “O dörd nəfər kimlərdir, ey Möminlərin əmiri?”
Əli (ə) dedi: “Salman, Əbu Zərr, Miqdad və mənə etdiyi beyəti o vaxt hələ
pozmamış Zübeyr. O mənə iki dəfə beyət etdi - ilk beyəti camaatın yaşlı səhabəyə 
beyət etdiyi zaman idi və ona sadiq qaldı. Zübeyrin də aralarında olduğu mü-
hacir və ənsardan qırx nəfər gəlib mənə beyət etdilər. Mən onlara səhər başları-
nı qırxılmış halda və silahları ilə birgə qapımın önünə gəlmələrini əmr etdim. 
Amma bu dörd nəfərdən başqa heç biri əhdinə vəfa edib məni təsdiq etmədi.
Mənimlə ikinci beyətinə gəlincə, o və Təlhə Əffanın oğlunun öldü rül-
məsindən sonra yanıma gəlib məcbur edilmədən və öz istəklərilə beyət etdi-
lər. Sonra mürtəd olub, təkəbbürlə beyəti pozub, inadkarcasına dinlərindən 
döndülər və zərərə uğradılar. Allahda onları öldürüb oda saldı. Amma digər üç 
nəfər – Salman, Miqdad və Əbu Zərr Allaha qovuşana qədər Muhəmmədin və 
İbrahimin yolu üzərində sabit qaldılar. Allah onlara rəhm eləsin!
Ey Qeysin oğlu! Toxumu yarana və küləyi yaradana and olsun ki, mənə 
beyət edən o qırx nəfər əhdlərinə vəfa etsəydilər və səhər başlarını qırxmış hal-
da yanıma gəlsəydilər beyəti üzərimə götürmədən Əbu Bəkrlə döyüşərdim və 
Allahın hüzurunda onu mühakimə edərdim. Əgər Əffanın oğlu beyət etməzdən 
əvvəl yardımım olsaydı onlarla savaşar və Allahın hüzurunda onları mühakimə 
edərdim. Əbdürrəhman ibn Ovf xilafəti Əffanın oğluna verdi və ölərkən xilafəti 
ona verəcəyi barədə öz aralarında şərt kəsdilər. Amma onlara beyət etdikdən 
sonra artıq onlarla savaşa bilməzdim”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin