Ali-Muhammedin sirleri indd


İmam Əlinin (ə) şəhid olması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə65/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   61   62   63   64   65   66   67   68   ...   227
AliMuhemmedin sirleri

İmam Əlinin (ə) şəhid olması
Bu hadisə Nəhrivan savaşından sonra olmuşdu. Müaviyə ilə döyüş üçün 
hazırlıq və səfərbərlik əmri vermişdi. Amma az bir müddətdən sonra Əli (ə) 
şəhid oldu. İbn Mülcəm (Allah ona lənət eləsin!) onu xaincəsinə sui-qəsd təşkil 
edərək öldürdü. Qılıncı zəhərli idi. Qılıncını ora gəlməzdən əvvəl zəhərləmişdi. 
Allahın salavat və salamı olsun Möminlərin əmirinin üzərinə!”


84
Suleym ibn Qeys Hilali
HƏDİS 13
Səhhakın oğlunun zamanında beytul-mal
Aban Süleymdən nəql edir: “Əbul-Muxtar adında bir nəfər Səhhakın oğlu-
na aşağıdakı məzmunda bir şeir oxudu:
Məgər möminlərin əmirinə məktub gəlib çatmadımı
Belə ki, sən mal və əmrdə Allahın əminisən!
Sən bizim üzərimizdə Allahın əminisən!
Kim insanların Rəbbinin əmini olsa, qəlbim ona təslimdir.
Kəndli və şəhərlilərə izn vermə ki, 
Allahın malını qırmızı yeməklərə xərcləyərək xəyanət etsinlər. 
Onların zənginlərinə elçi göndər 
mallarını paylaş (yarısını onlardan götür).
(Bir çox zəngin tayfa və şəxslərin adlarını çəkir)
Onların anbarlarında olduqca çox mal saxlanır. 
Bizdə onlar kimi döyüşürük. 
Halbuki onların malları var, 
Amma bizim heç nəyimiz yoxdur”.
Ğəllab Misri cavabında dedi:
Əbul-Muxtara çatmadımı ki, mən yanına gəldim
Nə qohumuyam, nə də kürəkəni
Mənim yanımda miras da yoxdur ki, onu vərəsə edim.
Nə sədəqəm, nə də çox pulum var.
Lakin hər mağaraya tərəf dayanmadan qaçmışam.
Qaranlıqların arxasında ölümədək səbrim var.
İmkanlar sinəmi örtər, getməsi isə 
məni möhnətə salıb kasıblığa düçar edər.
İşçilərinin pulunun yarısını müsadirə edilməsi
Süleym deyir: “Səhhakın oğlu o il Əbul-Muxtarın şeirinə görə bütün 
valilərdən mallarının yarısını müsadirə etdi. Amma vali olmasına baxmayaraq 


Ali-Muhəmmədin sirləri
85
ondan Qunfuz Ədvidən heç bir şey almadı. Ondan alınan iyirmi min dinarı da 
geri göndərdi. Hətta 1/10 və ya 1/10 yarısını belə ondan müsadirə etmədi!
Mallarının yarısı alınanlardan biri də Bəhreyndə vali olan Əbu Hüreyrə idi. 
Onun mallarının saydırmış, iyirmi dörd min dirhəm mala sahib olduğu məlum 
olmuş və həmin malların yarısını müsadirə etmişdi”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin