Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə69/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   65   66   67   68   69   70   71   72   ...   227
AliMuhemmedin sirleri

Xümsün dayandırılması
Süleym deyir: “Sonra Möminlərin əmiri (ə) üzünü Abbasa və ətrafındakılara 
tutub dedi: “Görəsən onun və yoldaşının Allahın Quranda bizə ayırıb vacib 
buyurduğu yaxın qohumların (zil-qurbanın) payını verilməsini dayandırması-
na niyə təəccüb etmirsiniz? Uca Allah da onların yaxın vaxtlarda bizə zülm 
edəcəklərini və onu əlimizdən alacaqlarını bilirdi. Uca Allah buyurmuşdu: 
“Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün iki dəstənin bir-birilə 
qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə...”
1
Qardaşım Cəfərin evini məscidə qatması
Təəccüb edilməli işlərdən biri də Səhhakın oğlunun qardaşım Cəfərin evini 
söküb onu məscidə qatması və bu zərərin qarşılığında onun övladlarına az, ya 
da çox heç bir əvəz verməməsidir. Camaat bunu ona ayıb tutmadı və vəziyyətə 
müdaxilə edib dəyişmədi.
2
Sanki Deyləmdən olan bir nəfərin evini almış kimi 
rəftar etdilər.
Cənabət qüslundaki bidət
Səhhakın oğlunun və ümmətin cahilliyi təəccüb doğurur! O, bütün valilərinə 
belə yazdı: “Əgər cünub şəxs su tapa bilməsə, namaz qılmaq ona vacib deyil. 
Su tapana qədər təyəmmüm etməsi də lazım deyil. Hətta su tapana qədər Allaha 
qovuşsa belə! Camaat da bunu qəbul edib razı qaldılar. Halbuki Peyğəmbərin 
(s) Əmmara və Əbu Zərrə cünub olduqları vaxt təyəmmüm edərək namaz qıl-
mağı əmr etdiyini o da, camaat da yaxşı bilirdilər. Bu ikisi (Əmmar və Əbu 
1
“Ənfal” surəsi, ayə 41. Ayənin ardı belədir “Əgər siz Allaha və haqla batilin ayırd edildi-
yi gün iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) na-
zil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri 
(xümsü) Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərinin, yoxsullarının və 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin