Ali-Muhammedin sirleri indd


“KİTABU SÜLEYM İBN QEYS



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə7/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   2   3   4   5   6   7   8   9   10   ...   227
AliMuhemmedin sirleri

13
“KİTABU SÜLEYM İBN QEYS 
ƏL-HİLALİ”
I HİSSƏ


14
Suleym ibn Qeys Hilali
HƏDİS 1
Peyğəmbərin (s) mübarək ömrünün son anlarında 
söylədikləri
Süleym deyir: Salman Farsinin belə dediyini eşitdim: “Peyğəmbərin (s) 
ölümü ilə nəticələnən xəstəliyi vaxtı onun yanında oturmuşdum. Fatimə (ə) 
içəri daxil oldu. Peyğəmbərdəki (s) zəifl iyi gördükdə qəhərləndi və gözyaşları 
yanaqlarına axmağa başladı.
Peyğəmbər (s) buyurdu: “Ey qızım, niyə ağlayırsan?”
Dedi: “Ey Allahın elçisi! Səndən sonra özümün və övladlarımın həlak ola-
cağından qorxuram”.
Ali-Muhəmməd (s) Allahın yer üzündəki ən xeyirli 
məxluqlarıdır
Peyğəmbər (s) gözləri yaşla dolaraq dedi: “Ey Fatimə, biz o Əhli-Beytik 
ki, Allah bizim üçün axirəti dünya üzərinə seçib. O, ölümü bütün məxluqlarının 
dadacağına hökm verib. Həqiqətən, Uca Allah yer üzünə bir dəfə nəzər saldı 
və məni onların arasından seçdi və nəbi etdi. Sonra ikinci dəfə yer üzünə nəzər 
saldı, sənin ərini seçdi və səni onunla evləndirməyi, onu özümə qardaş, vəzir, 
vəsi seçməyimi, ümmətim arasında xəlifəm təyin etməyi mənə əmr etdi.
Sənin atan nəbi və rəsulların, ərin isə vəsi və vəzirlərin ən xeyirlisidir. Sən 
əhlimdən mənə qovuşacaq ilk şəxssən. Uca Allah üçüncü dəfə yer üzünə nəzər 
saldıqda səni, həmçinin sənin və qardaşım olan ərinin övladlarından on bir 
nəfəri seçdi.
Peyğəmbərin (ə) on iki imam müjdəsi
Sən cənnət qadınlarının seyyidəsisən, iki oğlun Həsən və Hüseyn isə cənnət 
cavanlarının ağalarıdır. Mən, qardaşım və on bir imamlar qiyamət gününədək 
vəsilərik. Onlardan hər biri hidayət olunmuş hidayət edənlərdirlər.
Qardaşımdan sonra ilk vəsi Həsən, sonra Hüseyndir, sonra Hüseynin öv-
ladlarından doqquz nəfərdir ki, cənnətdə hamımız bir evdə olacağıq. Mənim 
mənzilimdən Allaha daha yaxın bir mənzil yoxdur. Məndən sonra İbrahim və 
Ali-İbrahimin mənzilidir. 


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin