qənimətdə xəsislik edib acı dilləri ilə sizi sancarlar...” 2 Amma Peyğəmbərin (s) öldürülmək istəmədiyi kəslərin boynunu vurmaq
üçün tez izn istəyirdi. Peyğəmbər (s) isə icazə vermirdi.
Bir gün Səhhakın oğlu bütünlüklə silahla silahlanıb gəlmişdi. Peyğəmbər (s)
ona baxıb güldü və kinayə ilə dedi: “Ey Filankəsin oğlu! Bu gün sənin günündür!”
Əşəs dedi: “Kimi qəsd etdiyini yaxşı bilirəm. O, Şeytanın uzaq qaçdığı
şəxsdir”.
3
İmam Əli (ə) dedi: “Ey İbn Qeys! Danışdığı zaman Allah onu Şeytanın
qorxusundan amanda etməsin!”
4
Əmirəl-mömininin (ə) bəzilərinin aqibətilə bağlı sözləri Sonra dedi: “Peyğəmbərlə (s) birlikdə olduğumuz zaman bizə üz tu-
tan əziyyətlər, çətinliklər və məşəqqətlərdə sizin bu gün etdiyiniz kimi dav-
ransaydıq Allahın dini ayağa qalxmaz və Allah İslamı izzətli etməzdi. Alla-
ha and olsun, bu etdiklərinizə görə qan, peşmançılıq və təəssüf çəkəcəksiniz.
Sizə dediklərimi əzbərləyin və yadda saxlayın. Pisləriniz, zinazadələriniz,
kölələriniz, sürgünə göndərilənləriniz və münafi qləriniz sizə müsəllət olacaq
və sizi öldürəcəklər. Allaha dua edəcəksiniz, amma qəbul edilməyəcək və tövbə
edib qayıdana qədər bəlanı üzərinizdən götürməyəcək. Əgər tövbə edib qayıt-
sanız Allah sizi pis işlərinizdən və cahilliyinizdən xilas etdiyi kimi onların fi tnə
və zəlalətindən də qurtaracaq.
1
“Biharul-ənvar”da (c.20, s.228) nəql edilir: Xəndək döyüşündə Peyğəmbər (s) Səhhakın oğ-
luna Zirar ibn Xəttabla vuruşmağı əmr etdi. Zirar onunla qarşılaşınca Səhhakın oğlu bir ox
hazırladı. Zirar dedi: “Vay sənə, ey Səhhakın oğlu! Təkbətək döyüşdə ox atırsan? Əgər mənə
ox atsan Məkkədə tayfasından öldürmədiyim bir adam belə buraxmam”. Bu sözlərdən sonra
Səhhakın oğlu qaçmağa başladı, Zirar ardınca düşüb mizraqla onun başına vurdu və dedi:
“Ey Səhhakın oğlu! Bu zərbəni unutma, mən Qüreyşdən bir kəsi öldürməyəcəyimə and iç-
dim”. Səhhakın oğlu xəlifəliyə gəldiyi zamana qədər o zərbəni unutmadı və sonradan onu
şəhərlərdən birinə vali təyin etdi”.
2
“Əhzab” surəsi, ayə 19.
3
Məqsəd Səhhakın oğludur. Onun barəsində hədis uydurulub ki, guya Şeytan onu gördükdə
uzaq qaçır.
4
Ehtimal ki, İmam (ə) bu sözü ilə Əşəsi nəzərdə tutur.