Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Bəzilərinin imam Əli (ə) barədə olan dəlillərilə ənsara



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə83/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   79   80   81   82   83   84   85   86   ...   227
AliMuhemmedin sirleri

106
Suleym ibn Qeys Hilali
Bəzilərinin imam Əli (ə) barədə olan dəlillərilə ənsara 
qarşı dəlil göstərməsi
Peyğəmbər (s) vəfat etdikdə Səhhakın oğlu və yoldaşları gedib ənsar qar-
şısında mənim haqqımda olanlarla dəlil göstərdilər. Əgər doğru söylədilərsə 
və iddialarında doğru idisə... Onların dəlili: özlərinin və Peyğəmbərin (s) 
Qüreyşdən olması, bu səbəbdən xəlifəliyə daha layiq olmaları idi. Demək, kim 
Peyğəmbərə (s) daha yaxın idisə, xəlifə olmağa da o daha layiq idi. Elə isə 
mənə öz haqqımla zülm etdilər. Əgər batil dəlillərlə mübahisə etdilərsə, bu za-
man ənsarın haqqı ilə onlara zülm ediblər. Allah bizim haqqımızla bizə zülm 
edənlər və camaatı boynumuza çıxaranlar arasında Özü hökm versin!
Ümmətin onları azdıranlarla imtahanı 
Təəccüblüdür ki, insanları Rəblərinin yolundan çıxaran və dinlərindən 
döndərən kəslərin məhəbbəti ümmətin qəlblərini sirab etdi!
Allaha and olsun, bu ümmət qiyamətə qədər torpaq üstündə dayanıb baş-
larına kül töküb Allah dərgahına yalvarıb-yaxarsa və qiyamətə qədər ümməti 
azdıran, Allahın yolundan çıxaran, cəhənnəmə aparan, onları Allahın qəzəbinə 
düçar edən və Allahın əzabını onlara vacib edən kəslərə lənət etsələr, yenə də 
bu işdə qüsurlu qalarlar.
Həqiqətləri bəyan etməkdən Əmirəl-möminini (ə) nə 
çəkindirir?
Bu haqqı dilə gətirən, doğru danışan, Allahı və Peyğəmbəri tanıyan şəxs 
onların gətirdikləri bidətləri, qaydaları və yenilikləri camaatın artıq adətə çevir-
diyi halda dəyişdirməsindən qorxur. Kim bunu etsə camaat ona qarşı müxalif 
çıxar, ondan uzaqlaşar, onu alçaldar və haqq olmasına baxmayaraq ətrafından 
dağılarlar. Lakin onların bidətlərinə əməl etsə, onları qəbul eləsə, bəzəsə və 
yaxınlaşsa onu sevərlər, şərəf və fəzilət bəxş edərlər.
Allaha and olsun, əgər bu ordunun arasında Allahın Peyğəmbərə nazil et-
diyi həqiqəti uca səslə aşkar etsəm, camaatı ona çağırsam və Peyğəmbərdən 
(s) eşitdiyim kimi şərh və təfsir etsəm, azsaylı, bu haqqa görə alçalan və zəlil 
olanlardan başqa heç kəs qəbul etməz. Bundan (alçalmaqdan, zəlil və rəzil 
vəziyyətə düşməkdən) qorxuya düşənlər isə məndən ayrılarlar.
Əgər Peyğəmbərin (s) məndən aldığı söz və Peyğəmbərdən (s) eşitdiklərim 
olmasaydı, edəcəklərini əvvəlcədən mənə bildirməsəydi haqqı aşkar bəyan 
edərdim. Amma Peyğəmbər (s) buyurdu: “Ey qardaşım! Allah bir bəndəsinə 


Ali-Muhəmmədin sirləri
107
məcbur qaldığı təqdirdə hər şeyi halal etmiş və mübah qərar vermişdir”. Eləcə 
də belə dediyini eşitdim: “Təqiyyə Allahın dinindəndir və təqiyyəsi olmayanın 
dini də yoxdur””. Sonra İmam (ə) mənə üzünü tutub dedi: 
Onları özümdən uzaq tutmaqla rahat buraxıram,
Üçdə ikisi məntəqədən (dünyadan), üçdə biri məndəndir.
Rəbbim əvəzimi verib məni üzrlü bilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin