Ali-Muhammedin sirleri indd


Hz İsanın (ə) kitabında Peyğəmbər (s) və on iki İmam (ə)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə85/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   81   82   83   84   85   86   87   88   ...   227
AliMuhemmedin sirleri

Hz İsanın (ə) kitabında Peyğəmbər (s) və on iki İmam (ə)
Mənim yanımda bir kitab var. İsa ibn Məryəmin imlası və atalarımın 
əlyazması ilə yazılıb. Orada özündən sonra hər kəsin, edəcəkləri, hər bir 
hakimdən sonra kimin gələcəyi, onların nə qədər hakimiyyətdə olacaqları, on-
ların hər birinin dövründə baş verəcəklər yazılıb. Ta ki, ərəblərdən və İbrahim 
Xəlilullahın oğlu İsmailin nəslindən Məkkə yaxınlığındakı Təhamə adlanan 
bir yerdən Allah bir şəxsi peyğəmbər göndərəcək. Onun adı Əhməd olacaq. 
O, açıq üzlü, gözəl gözlü və qaşları bitişikdir. Dəvəsi, eşşəyi, əsası, tacı (yəni 
əmmaməsi) və on iki adı vardır.
Sonra peyğəmbər seçildiyi zamanı, doğumunu, hicrətini, onunla döyüşən 
kəsləri, ona kömək edəcək şəxsləri, ona düşmən olanları, nə qədər ömür ya-
şayacağını, ümmətinin özündən sonra təfriqə və ixtilafa düşəcəkləri şeyləri o 
kitabda qeyd etmişlər. 
Həmçinin orada Allahın İsa ibn Məryəmin (göydən) endirəcəyi günədək 
gələcək olan hidayət və zəlalət imamının adı da qeyd edilib.


Ali-Muhəmmədin sirləri
109
O kitabda İbrahimin oğlu İsmailin nəslindən olan on üç nəfərin
1
adları da 
zikr edilmişdir. Onlar Allahın məxluqlarının ən yaxşıları və Onun ən çox sevdi-
yi şəxslərdir. Allah onların dostuna dost və düşmənlərinə düşmən olar. Onlara 
itaət edən doğru yolu tapar və onlara üsyan edən yoldan azar. Onlara itaət Alla-
ha itaətdir və onlara qarşı çıxmaq Allaha qarşı çıxmaqdır.
Onların adları, nəsəbləri, vəsfl əri, hər birinin nə qədər yaşayacağı, onlardan 
neçəsinin öz dinini qövmündən gizləyəcəyi, neçəsinin dinini izhar edəcəyi, ki-
min hökumət əldə edəcəyi və Allah (göydən) İsanı (ə) endirəcəyi zamana qədər 
onlara rəhbərlik edəcəyi orada yazılıdır. İsa (ə) onun arxasında namaz qılacaq və 
belə deyəcək: “Siz elə İmamlarsınız ki, sizin önünüzə keçmək heç kimə caiz de-
yil”. (İmam) İsanın (ə) arxasından önə çıxıb namazı qıldıracaq. İsa (ə) isə birinci 
cərgədə dayanacaq. Onların birincisi ən üstünləridir. Sonuncularına isə onların və 
onlara itaət edərək hidayətləri ilə doğru yolu tapanların mükafatı qədər əcri vardır. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin