Ali-Muhəmmədin sirləri
111
dan on bir imamı sevirəm və onların düşmənlərindən, müxalifl ərindən,
onlar-
dan uzaqlaşanlardan, haqlarını qəsb edənlərdən və onlara zülm edənlərdən -
birincisindən sonuncusunadək – uzaq olduğumu bildirirəm”. Sonra əlini uzatdı
və Əlidə (ə) beyət etdi.
Ardınca Möminlərin əmiri (ə) ona dedi: “Kitabını mənə ver”. O da kitabı
verdi. Əli (ə) səhabələrindən birinə buyurdu: “Bu adamla birlikdə get, sözlərini
anlayacaq və kitabdakı məlumatları sənin üçün aydın
bir ərəbcə ilə yazacaq
tərcüməçi tap”.
Kitabı gətirdikdə Əli (ə) oğlu Həsənə (ə) dedi: “Oğlum! Sənə verdiyim ki-
tabı gətir”. Həsən (ə) kitabı gətirdi. Əli (ə) dedi: “Oğlum sən bu kitabı oxu! Ey
bu kitabdakılardan xəbərsiz fi lankəs! Sən də Peyğəmbərin (s) imlası və mənim
öz xətimlə yazdığım bu kitaba bax!”
İmam Həsən (ə) kitabı oxudu. Bir hərfi belə ondan (kitab) fərqli deyildi.
Sözlərdə önə keçmə və təxir yox idi (Sözlərin yerləri belə eyni idi). Sanki bir
nəfər tərəfi ndən iki ayrı şəxsə imla edilmişdi!
Möminlərin əmiri (ə) Allaha həmd və səna edib dedi: “Allaha həmd olsun,
əgər O istəsəydi ümmət ixtilafa düşməz və bölünməzdi.
Həmd olsun o Allah
ki, Şeytanın dostlarının və tərəfdarlarının sözlərini alçaltdığı və susdurduğu za-
manda məni unutmadı və mənim məsələmi tərk etmədi, zikrimi Özünün və
dostlarının yanında susdurmadı”.
Süleym deyir: “Bu hadisəyə görə imam Əlinin (ə) orada olan şiələri fərəh
hissi keçirdilər və şükür etdilər. Həmçinin bu hadisə Əlinin (ə) ətrafında olan
bəzi kəslərin narahatlığına səbəb oldu. Belə ki, narahatlıqları üzlərindən oxunur
və rəngləri dəyişirdi”.