Ali-Muhammedin sirleri indd


Bəni-Üməyyənin fi tnəsi fi tnələrin ən qorxulusudur



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə89/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   85   86   87   88   89   90   91   92   ...   227
AliMuhemmedin sirleri

Bəni-Üməyyənin fi tnəsi fi tnələrin ən qorxulusudur
Bilin və agah olun ki, məndən sonra qarşılaşacağınız fi tnələrin ən qorxulusu 
Bəni-Üməyyənin fi tnəsidir. Kor, kar və qaranlıq bir fi tnədir. Onun fi tnəsi ümumi, 
bəlası xüsusidir. Hər kim bəsirətli olsa fi tnə ona toxunar və kim kor olsa, yanın-
dan keçib gedər. Onların batil əhli haqq əhlinə qalib gələr. Yer üzünü onların dinə 
gətirdikləri bidətlər, zülm və cinayətləri doldurar. Onun qəddarlığını birinci yı-
xan, təməllərini sarsıdan və sütunlarını parçalayan və zalımlara öldürücü zərbəni 
vuran aləmlərin Rəbbi olan Allahdır. Bilin ki, məndən sonra Bəni-Üməyyəni 
dişlərilə didib əziyyət verən, əllərilə vuran, ayaqlarıyla tapdayan və südünü sağ-
mağa icazə verməyən itaətsiz bir dəvə kimi üstünüzdə rəhbər görəcəksiniz.
Allaha and içirəm ki, onların fi tnəsi sizlərdən birinin özünə yardımı pis 
xasiyyətli kölənin sahibinə yardımı kimi olana qədər davam edəcək. Elə bir 
kölə ki, sahibi yox ikən onu söyər və yanında olduqda ona itaət edər. Allaha and 
içirəm ki, qaçıb ulduzların altına dağılsalar belə, Allah sizin üçün pis bir gündə 
onları bir yerə toplayacaq”.
Bəni-Üməyyədən sonrakı fi tnə
Soruşan şəxs dedi: “Ey Möminlərin əmiri! Bundan sonra camaat arasında 
vəhdət olacaq?” 
Əli (ə) dedi: “Yaxında dağınıq bir cəmiyyət halında olacaqsınız. Verdik ləri-
niz, həcləriniz və səfərləriniz bir yerdə olacaq, amma ürəkləriniz bir-birin dən 
ayrılacaq”.
Bir nəfər dedi: “Ürəklər necə bir-birindən ayrı olacaq?” Əli (ə) barmaqlarını 
bir-birinə birləşdirib, “Bu şəkildə” dedi və buyurdu: “Hərc-mərclik yaradıb bu 


114
Suleym ibn Qeys Hilali
onu, o da bunu öldürəcək. Yerdə cahilliyə dövrünün alçaqları qalacaq. O zaman-
da nə hidayət nuru və nə də elm görünməyəcək. Biz Əhli-Beyt həmin fi tnədən 
nicat tapmışıq və müdafi ə üçün insanları özümüzə tərəf dəvət etməyəcəyik”.
Həmin kişi dedi: “Ey Möminlərin əmiri! Həmin zaman gəldikdə nə edim?” 
Əli (ə) buyurdu: “Peyğəmbərinizin Əhli-Beytinə baxın. Dayansalar sizdə daya-
nın, sizdən yardım istəsələr onlara yardım edin ki, özünüz də yardım görəsiniz 
və üzrlü olasınız. Çünki Əhli-Beyt sizi hidayətdən çıxarmaz və məhvə dəvət 
etməz. Önlərinə keçib onları geridə qoymayın, yoxsa bəlalar sizi yerin dibinə 
soxar və düşmənlər sizin bədbəxtliyinizə sevinər”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin