Ali-Muhammedin sirleri indd


Allah fi tnələrin kökünü İmam Mehdi (ə) ilə kəsəcək



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə90/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   86   87   88   89   90   91   92   93   ...   227
AliMuhemmedin sirleri

Allah fi tnələrin kökünü İmam Mehdi (ə) ilə kəsəcək
Kişi dedi: “Ey Möminlərin əmiri! Ondan sonra nələr olacaq?” Əli (ə) bu-
yurdu: “Allah Əhli-Beytimdən bir nəfər vasitəsilə bəlanı uzaqlaşdıracaq. Sonra 
onları alçaldacaq, dolu qədəhi onlara içirəcək, heç bir imkan verməyəcək və 
qılıncdan başqa heç bir vasitə tanımayan bir şəxsə həvalə olunacaqlar. Hərc-
mərclik olacaq. Səkkiz ay boyunca qılıncını kürəyində daşıyacaq. Bu vəziyyət 
Qüreyşin dünya və dünyada olanlar qarşılığında mənə bir məqam vermələrini 
qəbul etməm, bizə çatmasına maneə yaratdıqları bəzi şeyləri geri alma-
ğım və onlarda olan bəzi şeyləri qəbul etməyim üçün bir dəfə də olsun bizi 
görməyi istəmələrinə qədər davam edəcək. Ta ki, belə deyəcəklər: “Bu (Meh-
di) Qüreyşdən deyil. Əgər Qüreyşdən və Fatimənin övladlarından olsaydı, bizə 
acıyar və rəhm edərdi”.
Allah onu Bəni-Üməyyəyə qarşı qaldıracaq. O da onları ayaqlarının altına 
alıb dəyirman daşı kimi əzəcək. “Lənətlənmişlər! Harada ələ keçsələr, mütləq 
tutulub öldürülərlər. Allahın öncə gəlib-getmişlər haqqında qayda-qanunu 
belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!”.
1
Əhli-Beyt (ə) fi tnələrdən pənah yeridir
Zəlaləti üyüdən bir dəyirmanın olması labüddür. Onu üyütdüyü zaman 
mehvərində qərar tutar. Bilin ki, onun üyüdülməsi arınmasıdır. Arınması isə
sonudur. Onun əzilməsi Allahın üzərinə düşər.
Bilin ki, mən nəslimin ən təmizi, soyumun ən pakıyam, kiçik ikən camaa-
tın ən helmlisi və böyük ikən onların ən elmlisiyəm. Hidayət və haqq bayrağı 
bizimlədir. Ondan önə keçən dindən çıxar, onu alçaldan məhv olar və ona sarı-
lan haqqa qovuşar.
1
“Əhzab” surəsi, ayə 61-62.


Ali-Muhəmmədin sirləri
115
Biz elə bir Əhli-Beytik ki, elmimiz Allahın elmidir, sözlərimiz Allahın 
doğru hökmündəndir və dinlədiklərimiz də doğru sözlərdir. Əgər bizə tabe ol-
sanız bəsirətimizlə hidayət taparsınız. Bizdən üz çevirsəniz, Allah sizi bizim 
əllərimizlə və ya istədiyi şeylərlə cəzalandırar. 
Biz islamın üfüqüyük. Aramla hərəkət edən bizə çatar və tövbəkar bizə 
qayıdar.
Allaha and olsun ki, əgər tələsməsəydiniz və haqq təxirə düşməsəydi 
ərəb və qeyri-ərəb gənclər barəsində sizə xəbərlər verərdim. Vaxtı yetişmədən 
Muhəmmədin Əhli-Beytindən elmi soruşmayın! Çətinlikdə olduqları halda on-
lardan pul diləyib, sonra da onları xəsislikdə ittiham etməyin. Belə ki, onlarda 
xəsislik əsla yoxdur.
Evə maraq yönəldən şəxslər kimi olun. Tələskən və ifşa edən olmayın. Haqq 
əhlindən olun, onunla tanının və bir-birinizi onunla tanıyın. Allah məxluqları 
öz qüdrəti ilə xəlq etdi və elmilə onlar arasında fəzilətlər yaratdı. Onların ara-
sından insanlara höccəti tamamlamaq üçün Özünə bəndələr seçdi. İtaəti onla-
rın hörmətlilərinin, Özünə qarşı günah və üsyanı isə rəzillərinin əlaməti etdi. 
Əbədi əminlik evində itaət edənlərin savabını üzlərində bir nura çevirmişdir ki
əhlinə heç qorxu yoxdur. Özünə qarşı günah və üsyan edənlərin əzabını isə od 
olaraq qərar vermişdir ki, həmin od qəzəbilə alovlanar. “Allah onlara zülm 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin