Ali-Muhəmmədin sirləri
117
HƏDİS 18
Dünyaya meyl etməyin insanın elmində və dinində təsiri
Süleym ibn Qeys deyir: “Əbul-Həsən (ə) hədis söylədi və Peyğəmbərin (s)
belə buyurduğunu bildirdi: “İki həris (acgöz) var ki, əsla doymazlar:
Dünyaya
qarşı həris olan dünyadan, elmə həris olan da elmdən doymaz.
Hər kim dünya-
dan Allahın ona halal etdiyi miqdarla kifayətlənsə, salamat qalar.
Hər kim də
dünyanı halal olmayan yoldan əldə etsə, həlak olar. Ta ki, tövbə edib qayıtsın!
Hər kim elmi əhlindən öyrənsə və öyrəndiklərini
tətbiq etsə, nicat tapar. Hər
kim də onunla dünyanı əldə etmək istəsə həlak olar və nail olduğu da yalnız
dünya əldə etdikləridir (axirətdə heç bir nəsibi olmaz).
Alimlər iki qisimdir: bildiyinə əməl edən alim – o, nicat tapar. Digəri isə
bildiyinə əməl
etməyən alimdir ki, o da həlak olar. Cəhənnəmdəkilər elminə
əməl etməyən alimin ətrafa yayılan pis qoxusundan əziyyət çəkərlər. Cəhənnəm
əhlindən ən çox peşmançılıq çəkən
və təəssüf edən kəs odur ki, bir bəndəni Al-
laha tərəf dəvət etsin və həmin bəndə dəvəti qəbul edərək cənnətə girmiş olsun.
Halbuki özü Allaha qarşı üsyan əhli olmuş, bildiyinə əməl
etməyi tərk eləmiş,
istəklərinin arxansınca getmiş və Allaha qarşı işlədiyi günahlara görə nəticədə
cəhənnəmə düşmüşdür.
Bunlar ikidir:
Biri istəklərə tabe olmaq, digəri uzun arzulara dalmaq.
İstəklərə tabe olmaq haqqa mane olar və uzun arzulara dalmaq da axirəti unut-
durar.
Dünya üz çevirib getməkdə və axirət isə üzü bizə tərəf gəlməkdədir. Onla-
rın hər birinin övladları var. Əgər bacarsanız axirətin övladlarından olun, dün-
yanın övladına çevrilməyin!
Bu gün əməl var, hesab yoxdur. Sabah isə hesab
var, əməl yoxdur.
Dostları ilə paylaş: