120
Suleym ibn Qeys Hilali
HƏDİS 19
Fitnələr barədə hədislər
Aban Süleymdən nəql edir: “Səhhakın oğlunun xəlifəliyi zamanı idi. Əbu
Zərr xəstələnmişdi. Səhhakın oğlu xəstənin ziyarətinə gəldi.
Möminlərin-əmiri,
Salman və Miqdad da Əbu Zərrin yanında idilər. Əbu Zərr Əliyə vəsiyyət et-
miş, yazdırmış və onu şahid tutmuşdu.
Səhhakın oğlu çıxdıqdan sonra Əbu Zərin ailəsindən, Bəni-Ğəffardan olan
əmisi oğlullarından bir nəfər kişi dedi: “Möminlərin-əmiri Səhhakın
oğluna
vəsiyyət etməyinə nə mane oldu?!”
Əbu Zərr dedi: “Mən möminlərin həqiqi əmirinə vəsiyyət etdim”.
Biz qırx nəfər ərəbdən və qırx nəfər də əcəmdən bir yerə toplanmışdıq.
Peyğəmbər (s) bizə Əliyə (ə) möminlərin-əmiri olaraq salam verməyimizi əmr
etdi. Hazırda “Möminlərin-əmiri” dediyimiz kəs də aramızda idi. O və onu öz
yerinə xəlifə edən dəyərsiz dostundan başqa ərəb və əcəmdən heç kəs bu barədə
Peyğəmbərə (s) etiraz etmədi. Bu ikisi isə dedilər: “Allahın
və Rəsulunun
əmirdir?” Peyğəmbər (s) qəzəbləndi və dedi: “Allah şahiddir ki, bəli. Allahın
və rəsulunun əmridir. Allah bunu mənə əmr etmiş, mən də sizə əmr edirəm”.
Süleym Əlidən (ə) soruşdu: “Ey Əbul-Həsən, Salman və ey Miqdad! Əbu
Zərrin sözlərini təsdiqləyirsiniz?” Dedilər: “Bəli, o doğru söyləyib”. Dedim:
“Dörd ədalətli (şəxs)! Əgər onlardan yalnız biri mənə bunları nəql etsəydi yenə
də doğruluğuna şübhə etməzdim. Amma siz dördünüz birdən bəsirətim və
nəfsimin rahatlığı üçün tam yetərlisiniz”.
Süleym belə soruşduğunu deyir: “Allah sizə mərhəmət göstərsin! Ərəb və
əcəmlərdən olan o səksən nəfərin adını mənim üçün saya bilərsinizmi?” Sal-
man tək onların adlarını bir-bir saydı. Əli (ə), Əbu Zərr və Miqdad da: “Salman
doğru söyləyir” dedilər.
Salmanın adlarını saydığı şəxslərdən bəziləri bunlardı: Yaşlı səhabə,
Səhhakın oğlu,
Əbu Übeydə, Muaz, Salim, beş nəfər şura əhli
1
, Əmmar ibn
Yasir, Səd ibn Übadə, Əqəbə əshabı,
2
Übey ibn Kəb, Əbu Zərr və Miqdad.
Digərləri isə əksəriyyəti Bədr döyüşündə iştirak
edənlər və ənsardan ibarət
1
Təlhə, Zübeyr, Əbdür-rəhman ibn Ovf, Sad ibn Əbu Vaqqas.
2
Kitabdakı 20-ci hədisə müraciət et.
Ali-Muhəmmədin sirləri
121
idilər. Onlardan: Əbu Heysəm, Xalid ibn Zeyd, Əbu Əyyub, Üseyd ibn Hüzeyr
və Bəşir ibn Səid.
Süleym deyir: “Demək olar ki, Salmanın adlarını çəkdiyi şəxslərin hamı-
sı ilə görüşdüm və təklikdə onlardan bu barədə soruşdum. Onlardan bəziləri
susmağı üstün tutub və mənə bir cavab verməyib həqiqəti gizlətdilər. Bəziləri
isə hadisəni nəql edərək dedilər: “Bir fi tnə bizə üz tutdu, qəlbimiz, gözlərimiz
və qulaqlarımız bağlandı. Bu fi tnə yaşlı səhabənin
həmin hadisədən sonra
Peyğəmbərin (s): “Biz elə bir Əhli-Beytik ki, Allah bizi kəramətləndirmiş, bi-
zim üçün axirəti dünyadan üstün tutmuşdur. Allah xilafəti və nübuvvəti bizim
üçün bir yerdə cəm olmasına icazə verməyib” buyurduğunu
iddia etdiyi zaman
baş verdi. Əlini (ə) beyət etmək üçün gətirdikləri zaman o bu sözü dəlil olaraq
söylədi. Bizim nəzərimizdə xeyirxah və hər hansı pis bir işlə ittiham edilməmiş
dörd nəfər onu təsdiqlədilər və şahidlik etdilər. Bunlar: Əbu Übeydə, Salim,
Səhhakın oğlu və Muaz ibn Cəbəl idilər. Biz onların doğru söylədiklərini zənn
etdik”.
Dostları ilə paylaş: