Ali-Muhammedin sirleri indd


Səhifə əhli və Kəbədə imzalama



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə95/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   91   92   93   94   95   96   97   98   ...   227
AliMuhemmedin sirleri

Səhifə əhli və Kəbədə imzalama
Əli (ə) beyət etdikdə bizə Peyğəmbərin (s) söylədiklərini bizə xatırlatdı. 
Bu beş nəfərin öz aralarında bir müqavilə yazdıqlarını, bir-birlərilə əhd bağla-
dıqlarını və Kəbənin yanında “Əgər Muhəmməd ölsə və ya öldürülsə, Əlinin 
əleyhinə qiyam qaldıracaqları və xilafəti onun əlindən alacaqlarını” bizə xəbər 
verdi. Əli də (ə) dörd nəfəri - Salmanı, Əbu Zərri, Miqdadı və Zübeyri şahid 
göstərdi. Onlar da şahidlik etdilər. Bu hadisə yaşlı səhabə lənətlənmiş və azdı-
rıcı xəlifəliyi bizim boynumuza vacib olduqdan sonra baş verdi. Biz bilirdik ki, 
Əli (ə) Peyğəmbərin (s) adından əsla batil bir şey nəql etməzdi və Muhəmmədin 
(s) səhabələrindən ən yaxşıları da buna şəhadət verməzdilər”.
Əmirəl-mömininin (ə) haqqı barədə səhabələrin 
peşmanlığı 
Süleym deyir: “Bu sözləri deyənlərin çoxu bunları da əlavə etdilər: “Ondan 
sonra biz bu məsələ haqqında düşündük. Peyğəmbərin (s) bu sözləri söylədiyini 
və bizim də onları eşitdiyimizi xatırladıq: “Allah mənim səhabələrimdən dörd 
nəfəri sevir və mənə də onları sevməyi əmr edir. Cənnət bu dörd nəfərə müş-
taqdır”. Dedik: “Ya Peyğəmbər! Onlar kimlərdir?”. Buyurdu: “Bunlar qarda-
şım, vəzirim, varisim, ümmətim arasında xəlifəm və məndən sonra möminlərin 
vəlisi olan Əli ibn Əbu Talib, Salman, Əbu Zərr və Miqdad ibn Əsvəddir”. 


122
Suleym ibn Qeys Hilali
Sonra dedilər: “Biz (bu çirkaba) bulaşdığımıza və etdiyimiz işlərə görə tövbə 
edərək Allahdan bağışlanma diləyirik”.
Biz Peyğəmbərin (s) bir söz söylədiyini eşitdik. Mənasının və təvilinin 
yalnız xeyir olduğunu bilirik. Belə buyurdu: “Yanımda məqam və dərəcə əldə 
etmiş bir dəstə səhabəm Hovuzun başında yanıma gələcəklər. Ancaq onlar dur-
durulacaq və məni gördükləri zaman məndən uzaqlaşdırılıb sol tərəfə aparıla-
caqlar. Mən deyəcəyəm: “Ya Rəbbim! Səhabələrim! Səhabələrim!” Mənə belə 
cavab veriləcək: “Onların səndən sonra nələr etdiklərini sən bilmirsən. Onlar-
dan ayrıldığın gündən bəri onlar mürtəd olub köhnə vəziyyətlərinə qayıtdılar”.
“Ömrümüzə and olsun ki, Peyğəmbər dünyadan köçdüyü gün xəlifəliyi 
Əliyə təslim etsəydik, ona tabe olub və beyət etsəydik doğru bir yolda olar, 
hidayət tapar və uğur qazanmış olardıq. Amma Allah ixtilaf, təfriqə, bəla və 
imtahanların olmasını təqdir etdi. Allahın elmində olanların, qəza və qədərinin 
baş verməsi isə labüddür”.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin