Ali-Muhammedin sirleri indd


Hüseyn (ə) məsciddə Peyğəmbərin kürəyinə qalxır



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə100/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   96   97   98   99   100   101   102   103   ...   227
AliMuhemmedin sirleri

Hüseyn (ə) məsciddə Peyğəmbərin kürəyinə qalxır
Peyğəmbər (s) məsciddə olduğu vaxt Hüseyn (ə) Peyğəmbərin (s) ya-
nına gedərdi. O, cərgələri yarıb Peyğəmbərə (s) çatar və kürəyinə minərdi. 


128
Suleym ibn Qeys Hilali
Peyğəmbər (s) bir əlilə Hüseynin (ə) belindən tutar, digər əlilə də dizinə 
söykənərək səcdədən qalxardı. Bu hal namazını bitirənə qədər davam edərdi.
Peyğəmbər (s) minbərdə ikən Həsən (ə) boynunda 
oturur
Peyğəmbər (s) minbərdə xütbə oxuduğu zaman Həsən (ə) gəlib minbərə 
çıxar və onun çiyninə minərdi. Sonra da xalxalların (ayaq bilərziklərinin) parıl-
tısı görünəcək şəkildə ayaqlarını sinəsindən sallardı. Bu, Peyğəmbər (s) xütbə 
oxuduğu zaman olur və xütbəsi bitənə qədər onu çiynindən endirmirdi”.


Ali-Muhəmmədin sirləri
129
HƏDİS 22
1. Əmr ibn Asın Şamda İmam Əlinin (ə) əleyhinə xütbə 
söyləməsi
Aban Süleymdən nəql edir ki, Əmirəl-mömininə (ə) Şamda Əmr ibn Asın 
belə bir xütbə söylədiyi xəbəri çatdı:
“Peyğəmbər (s) məni ordusuna başçı təyin etdi. Həmin orduda yaşlı səhabə 
və Səhhakın oğlu vardı. Məni onun nəzdindəki hörmətimə görə başçı təyin et-
diyini zənn etdim. Qayıtdıqdan sonra dedim: “Ya Peyğəmbər! Ən çox sevdiyin 
insan kimdir?” Buyurdu: “Aişə”. “Bəs kişilərdən kimdir?” deyə soruşduğumda 
isə: “Onun atası” deyə cavab verdi.
“Ey camaat! Bu Əli yaşlı səhabə, Səhhakın oğlu və Əffanin oğlu haqqında 
pis sözlər danışır. Halbuki mən Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Allah 
haqqı Səhhakın oğlunun dilinə və ürəyinə yazmışdır”. Əffanın oğlu haqqında da 
belə buyurub: “Mələklər Əffanın oğlundan həya edirlər (utanırlar)!”. Əgər yalan 
danışıramsa qulaqlarım kar olsun, Səhhakın oğlunun zamanında Əlinin özündən 
belə dediyini eşitmişəm: “Yaşlı səhabə və Səhhakın oğlu gələrkən Peyğəmbər 
(s) onlara baxdı və buyurdu: “Ey Əli! Bu ikisi nəbi və rəsullardan sonra Cənnət 
yaşlılarının ağalarıdırlar. Bunu onlara demə! Yoxsa həlak olarlar!!”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin