Ali-Muhəmmədin sirləri
133
ümidim olsaydı, bunu edərdim. Amma mən yaxın zamanda döyüşə gedəcəyəm.
Camaatın parçalanmasından və mənə qarşı çıxmalarından qorxuram. Amma
Səhhakın oğlunun onlarla etdiyi rəftar nümunə olaraq sənə yetər. Bu, onların
alçalması və zəlil olması üçün kifayətdir. Bu məktubum sənə çatdığı zaman
əcəmiləri alçalt və onlara əhəmiyyət vermə. Onları sürgün elə və heç birindən
kömək alma, hacətlərinə müsbət cavab vermə.
Müaviyə Ziyadı Əbu Süfyana nisbət verir
Allaha and olsun, sən Əbu Süfyanın oğlusan, onun belindən çıxmısan. Ubeydə
nəsil baxımında Adəmdən başqa bir nisbətin yoxdur. Ey qardaşım, sən mənim
yanımda doğru danışan bir şəxssən. Mənə Bəsrədə olarkən Səhhakın oğlunun
Əbu Musa Əşəriyə yazdığı məktubu oxuduğunu mənə bildirdin.
Həmin vaxtlarda
sən Əbu Musanın katibi idin və Əbu Musa da Bəsrə valisi idi. Sən onun yanında
insanların ən rəzili vəziyyətində idin və amma Səqif qəbiləsinin müttəfi qlərindən
olduğunu zənn edirdin. Əgər o gün də qəti olaraq (bu gün bildiyin kimi) Əbu
Süfyanın oğlu olduğunu bilsəydin özünü əzəmət sahibi hiss edərdin və zinazadə
əşərilərin katibi olduğuna görə utanmazdın. Sən də, mən də qəti olaraq bilirik ki,
Əbu Süfyan babası Üməyyə ibn Əbdüş-şəmslə birlikdə ticarət
üçün Şama get-
mişdi. Səfuriyyə şəhərindən keçdilər. Orada oğlu Abdullahla birlikdə kölə mahnı
oxuyan qadını aldılar. Əbu Süfyan Üməyyə ibn Əbdüş-şəmsin yolunu gedirdi.
Əcəmiləri alçaldılması və bunun səbəbi
İbn Əbu Muit mənə dedi ki, Səhhakın oğlunun beş qarışlıq bir ip ilə birlikdə
Əbu Musa Əşəriyə göndərdiyi məktubu oxuduğunu ona bildirmisən. Səhhakın
oğlu ona belə yazmışdı: “Bəsrəliləri yanına dəvət et! Kölələrdən və İslamı
qəbul etmiş əcəmilərdən kimin boyu bu ipin uzunluğuna çatırsa, boynunu vur”.
Əbu Musa bu barədə səninlə məsləhətləşdi və sən onu bu işdən çəkindirdin
və Səhhakın oğlu ilə bu barədə danışmasını məsləhət verdin. Əbu
Musa da bu
barədə Ömərə müraciət etdi və sən məktubunu Səhhakın oğluna apardın. Sən
bunu kölələrə olan bağlılığın səbəbindən etdin və həmin gün sən Ubeydin oğlu
olduğunu güman edirdin. Səhhakın oğlunu bu fi krindən döndərənə qədər israr
etdin. Onu camaatın parçalanacağı ilə qorxutdun və o da fi krindən daşındı. Ona
dedin: “Sən bu xanədan (Əhli-Beytlə (ə)) ilə düşmənçilik etdin. Əcəmilərin
Əlinin ətrafında toplanmayacağından və Əlinin də onların yardımı ilə qiyam
qaldırıb sənin hökumətini ortadan qaldırmayacağına əminsən?!” Səhhakın oğlu
də bu işdən əl çəkdi.
134
Suleym ibn Qeys Hilali
Qardaşım! Səhhakın oğlunu fi krindən daşındırdığın
zaman Əbu Süfyan
nəslində səndən daha bədbəxt bir kəsin doğulmadığını anladım!
Səhhakın oğlu mənə onları öldürmək qərarından əl çəkməsinin Əli ibn Əbu
Talibdən eşitdiyin bir sözün səbəb olduğunu söylədi. O mənə dedi: “İlk vaxtlarda siz
bu dinlə əcəmiləri məğlub edəcəksiniz, sonra da onlar sizi məğlub edə cəklər”. Və
belə demişdi: “Allah sizin əllərinizi əcəmilərlə dolduracaq, sonra onlar qarşınızdan
qaçmayacaq
dərəcədə güc əldə edəcək, boyunlarınızı vuracaq və qənimətlərinizi
alacaqlar”. Səhhakın oğlu sənə dedi: “Mən bunları Peyğəm bərdən eşitmişdim.
Elə məhz bunlar məni sənin yoldaşına (Əbu Musaya) onların öldürülməsi barədə
məktub yazmağa məcbur etdi. Digər şəhərlərdəki nümayəndələrimə də belə məktub
yazmağa qərar vermişdim”. Sən isə Səhhakın oğluna dedin: “Ey Möminlərin
əmiri! Bunu etmə! Çünki Əlinin onları köməyə çağırmasından
amanda deyilsən,
onların sayı olduqca çoxdur. Sən Əlinin və Əhli-Beytinin şücaətindən, səninlə və
yoldaşınla olan düşmənçiliyindən xəbərdarsan”. Səhhakın oğlunu bu fi krindən
yayındırdın və mənə onu bu işdən çəkindirdiyini bildirdin. Bunu (kölələrə olan)
təəssübünə görə etdin, nəinki Əlinin rəvayətinin qorxusundan.
Həmçinin bunu Osmanın xəlifəliyi zamanında
Əli ibn Əbu Talibə də
söylədiyini mənə dedin. O sənə belə demişdi: “Əcəmilər - Xorasan tərəfi ndən
gələcək qara bayraq sahibləridir. Onlar Bəni-Üməyyənin səltənətinə son qoya-
caq və onları gördükləri hər yerdə öldürəcəklər”.
Ey qardaşım! Əgər sən Səhhakın oğlunu bu işdən çəkindirməsəydin bu
adətə çevrilərdi. Onları məhv edib köklərini qurudardı. Ondan sonrakı xəlifələr
bir nümunə olaraq onu tətbiq edərdilər. Belə ki,
onlardan geriyə nə bir tük, nə
dırnaq və nə də bir od qığılcımı qalmazdı. Onlar dinin fəlakətidirlər!
Dostları ilə paylaş: