Ali-Muhəmmədin sirləri
135
Süleym məktubun surətini köçürür
Bu məktubu oxuduqdan həmən sonra cır və yazdıqlarımı gizlət”.
Süleym deyir: “Ziyadın katibi mənə dedi: “Ziyad məktubu oxuduğu zaman
onu yerə çırpdı və üzünü mənə tutub dedi: “Vay olsun mənə, çıxdığım və daxil
olduğum yerlərə!
Allaha and olsun, Ali-Muhəmmədin tərəfdarlarından idim.
Onlardan ayrıldım və şeytanın tərəfdarı oldum. Nəticədə belə bir məktub yazan
bu adamın tərəfdarı oldum. Mənim misalım İblisin misalına bənzəyir, təkəbbür,
həsəd və inkar səbəbindən Adəmə səcdə etmədi”.
Süleym deyir: “Axşam olmadan məktubun bir surətini çıxardım. Gecə
düşdükdə Ziyad
məktubu istədi, onu cırdı və dedi: “Heç zaman heç kim bu
məktubda yazılanlardan xəbərdar olmamalıdır!” Amma mənim məktubu yaz-
dığımı bilmirdi”.
136
Suleym ibn Qeys Hilali
HƏDİS 24
Peyğəmbər (s) İmam Əli (ə) barəsində Humeyranın
qarşısında höccət qoyur
Aban Süleymdən Salman, Əbu Zərr və Miqdadın belə dediklərini eşitdiyini
söyləyir və bu barədə imam Əlidən (ə) soruşduğunu, onun da “Düz deyirlər”
söylədiyini bildirir. Onlar mənə dedilər: “İmam Əli (ə) Peyğəmbərin (s) yanına
gəldi, Aişə arxa tərəfi ndə oturmuşdu və Humeyranın üzərində bir əba (kisa)
vardı. Ev adamla dolu idi. Onlardan beşi “kitab” əshabı, beşi isə şura əhli idi.
Oturmağa yer tapmadıqda Peyğəmbər (s) işarə edərək: (arxa tərəfi ni göstərib)
“Burada otur” dedi.
İmam Əli (ə) gəlib Peyğəmbərlə (ə) Humeyranın arasında
ərəblərin
əyləşdiyi kimi oturdu. Humeyra onu itələyib qəzəblə dedi: “Oturmağa quca-
ğımdan başqa yer tapmadın?!”.
Peyğəmbər (s) qəzəblənib dedi: “Sus, ey Hümeyrə! Qardaşım Əli barədə
mənə əziyyət eləmə, Həqiqətən də o, möminlərin əmiri, müsəlmanların ağası,
həmd bayrağının sahibi, qiyamət günü üzüağların rəhbəridir. Allah
onu Sirat
üzərində oturdub cənnətlə odu böləcək. Dostlarını cənnətə, düşmənlərini isə
oda daxil edəcək.