Ali-Muhammedin sirleri indd


İmam Əlinin (ə) nifrin etməsi və onlardan uzaq olduğunu



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə108/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   104   105   106   107   108   109   110   111   ...   227
AliMuhemmedin sirleri

İmam Əlinin (ə) nifrin etməsi və onlardan uzaq olduğunu 
bildirməsi
Bu birinci, ikincisi isə: gözlərim mənə xəbər vermiş, Əffanın oğlunun 
dost larından (hazırda onlar səninlə birgə döyüşür və hesab edirsən ki, səninlə 
həmfi kirdirlər, səndən razıdırlar, onların istəkləri və qəlbləri bizimlə, cisimləri 
isə səninlədir) gələn yazılar mənə şahidlik etmişdir ki, sən o ikisinin vilayətini 
zahirdə qəbul edib onlara rəhmət oxuyur, ancaq Əffanın oğlunun adını yad et-
mir, nə rəhmət, nə də ona lənət deyirsən.
Barəndə mənə xəbər çatıb ki, öz xəbis batinin, sənə məxsus azmış, yalançı 
və satqın şiələrinlə təklikdə qaldıqda o ikisindən və Əffanın oğlundan uzaq 
olduğunu bildirir, onlara lənət oxuyursan. Özünün ümmət arasında Peyğəmbər 
(s) xəlifəsi və onların arasında Peyğəmbərin (s) vəsisi olduğunu iddia edirsən. 
Allahın möminlərə sənin itaətini vacib buyurduğunu, kitabda və Peyğəmbərinin 
sünnətində sənin vilayətini əmr etdiyini deyirsən. Allahın Peyğəmbərə (s) bunu 
ümmətə bəyan etməsini əmr etdiyini, “Ya Peyğəmbər! Rəbbin tərəfi ndən sənə 
nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə 
etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni 
insanlardan qoruyacaq...” ayəsinin nazil edib ona ümməti Qədir Xumda topla-
yıb Allahın sənin barəndə nazil etdiyini insanlara çatdırmasına, hazır olanların 
qaib olanlar xəbər verməsini göstəriş verdiyini, sənin möminlərə canlarından 
üstün olduğunu, Peyğəmbərə nisbətdə Harunun Musaya nisbəti kimi olduğunu 
söylədiyini deyirsən.
Müaviyənin dilindən xilafət 
Səndən mənə xəbər veriblər ki, sən insanlara elə bir xütbə söyləmirsən ki, 
minbərindən düşməmiş insanların ən üstünü olduğunu, Peyğəmbərin vəfatından 
bəri məzlumluğunun davam etdiyini söyləməyəsən.
Əgər səndən mənə çatan xəbərlər doğrudursa, o zaman o ikisinin sənə qarşı 
zülmü Əffanın oğlundan daha böyükdür. Peyğəmbər (s) vəfat edəndə biz şahid 
idik ki, o iki nəfərin yanına gedib ona beyət elədi, nə səninlə məsləhətləşdi, 
nə də fi krini soruşdu. İki kişi sənin haqqın, höccətin və peyğəmbərə yaxınlı-
ğın barədə mübahisə elədilər, əgər sənə təslim olub beyət etsəydilər, Əffanın 
oğlu onlardan öncə sənə olan yaxınlığına və üzərində olan haqqına görə beyət 


Ali-Muhəmmədin sirləri
139
edərdi. Çünki o, əminin və bibinin oğlu idi. Sonra ölüm vaxtı yaşlı səhabə 
səninlə məsləhətləşmədən və fi krini soruşmadan Səhhakın oğlunu xəlifə təyin 
edib ona beyət etdi.
Sonra Səhhakın oğlu səni altı nəfərlik şuraya daxil edib, bütün mühacir və 
ənasarı oradan kənarda tutdu. Üçüncü gündə camaatın qılınclarına sarılıb, əgər 
bu gecə aranızdan birini xəlifə seçməsəniz boyunlarınızı vuracaqlarına, bunun-
la da Səhhakın oğlunun əmrini və vəsiyyətini icra edəcəklərinə and içdiklərini 
görüb İbn Ovfu aranızdan başçı təyin etdiniz. O da Əffanın oğlunun seçib beyət 
etdi, siz də onun ardınca beyət etdiniz.
Sonra Əffanın oğlu mühasirəyə alındı, sizdən yardım istədi, ona yardım 
etmədiniz, sizi çağırdı, ona cavab vermədiniz. Halbuki onun beyəti sizin boy-
nunuzda idi. Siz, ey mühacir və ənsarlar, hazır olub şahidlik edənlər, işi Misir 
əhlinə buraxdığnız, sizdən bir dəstənin yardımı ilə onlar Əffanın oğlu qətlə 
yetirdilər. Dolayısı ilə siz onun qatillərindən, qətlinə fərman verənlərdən və onu 
tərk edənlərdən oldunuz.
Sonra insanlar sənə beyət etdilər, sən bu işdə məndən daha çox haqq 
sahibisən. Əffanın oğlunun qatillərini mənə ver ki, onları öldürüm, mən və 
tərəfi mdə olan Şam əhli işi sənə həvalə edib beyət gətirək.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin