Ali-Muhammedin sirleri indd


İmam Əli (ə) vəsilərin ən fəzilətlisidir



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə111/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   107   108   109   110   111   112   113   114   ...   227
AliMuhemmedin sirleri

İmam Əli (ə) vəsilərin ən fəzilətlisidir
“Allahı sizə şahid tuturam, Peyğəmbərdən (s) Allahın “Və öndə olanlar. 
Onlar öndədirlər! Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış 
kimsələrdir”
1
ayəsi barədə soruşulduqda belə cavab verdi: “Allah bu ayəni 
peyğəmbərlər və vəsilər haqqında nazil edib. Mən peyğəmbərlərin, qardaşım 
Əli ibn Əbu Talib isə vəsilərin ən fəzilətlisidir”.
Bədr savaşı əhlindən yetmişə yaxın adam ayağa qalxdı. Onların çoxu 
ənsardan, qalanları isə mühacirlərdən idilər. Onların arasında Əbu Heysəm ibn 
1
“Vaqiə” surəsi, ayə 10-11.


Ali-Muhəmmədin sirləri
143
Teyhan, Xalid ibn Zeyd, Əbu Əyyub Ənsari, mühacirlərdən Əmmar ibn Yasir və 
digərləri vardı. Dedilər: “Şəhadət veririk ki, Peyğəmbər (s) bunu söyləmişdir!”.
Qədir Xumda vilayətin elanı
Dedi: “Bu ayələr haqqında Allahı sizə şahid tuturam: “Ey iman gətirənlər! 
Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”
1
, “Sizin 
haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, na-
maz qılır və rükuda olduqları halda zəkat verirlər”
2
, “Yoxsa elə güman edir-
siniz ki, Allah içərinizdən cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən 
və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst 
buraxılacaqsınız?”
3
Səhabələr bu ayələr nazil olduqda dedilər: “Ya Peyğəmbər, 
bunlar bir neçə şəxsə aiddir, yoxsa bütün möminlərə şamildir?”
Uca Allah bu ayələrin kim barəsində nazil olduğunu, namaz, oruc, zəkat 
və həcci onlar üçün izah etdiyi kimi vilayəti də izah etməsini Peyğəmbərinə (s) 
əmr etdi. 
Peyğəmbər (s) məni xəlifə təyin edərək belə buyurdu: “Allah məni elə bir 
vəzifə ilə (risalətlə) göndərdi ki, buna görə sinəm daraldı və camaatın mə ni inkar 
edəcəyini zənn etdim. Bunu təbliğ etməyəcəyim təqdirdə məni cəzalandıracağını 
buyurdu”. “Qalx, ey Əli!” deyə əmr edib yüksək səslə cama at namazının qılın-
masına səslədi. Onlarla günorta namazı qıldıqdan sonra buyurdu: “Ey camaat! 
Allah mənim mövlamdır. Mən möminlərin mövlasıyam və onlara öz nəfslərindən 
daha övlayam (ixtiyar sahibiyəm). Agah olun ki, mən kimin mövlasıyamsa, Əli 
də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol, ona yar-
dım edənə yardım et, onu yalnız buraxanı Sən də tərk et”. 
Salman Farisi ayağa qalxaraq dedi: “Ya Peyğəmbər! Onun bu vəlayəti 
nədir?” Buyurdu: Onun vilayəti mənim vilayətim kimidir. Mən kimə öz canın-
dan daha övlayamsa (üstün, ixtiyar sahibiyəmsə), Əli də onun canına ondan 
daha çox ixtiyar sahibidir. Uca Allah da bu ayəni nazil etdi: “Bu gün dininizi 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin