Kisa 1 hədisi və “Təthir” ayəsi Sonra Əli (ə) Əbu Dərdaya, Əbu Hüreyrəyə və ətrafındakılara belə dedi:
“Ey camaat! Bilmirsinizmi ki, Uca Allah kitabında bu ayəni nazil edib: “Ey Əhli-Beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!” 2 Peyğəmbər (s) məni, Fatiməni, Həsən
və Hüseyni bir kisanın altında yığaraq buyurdu: “İlahi, bunlar mənim itrətim,
mənə aid olanlar və Əhli-Beytimdirlər. Onlardan bütün pislikləri uzaqlaşdır və
onları pak-pakizə qərar ver”. (Orada olan) Ümmü Sələmə dedi: “Ya Peyğəmbər,
bəs mən?” Peyğəmbər (s) ona buyurdu: “Sən xeyir üzərindəsən. Amma bu ayə
məxsusən yalnız mənim, qardaşım Əlinin, qızım Fatimənin, övladlarım Həsən
ilə Hüseyn və Hüseynin doqquz övladı haqqında nazil olmuşdur. Bizdən başqa
kimsə yoxdur”.
Hamı ayağa qalxıb dedilər: “Biz şahidlik edirik ki, Ümmü Sələmə bizə
bunu belə danışıb. Biz də Peyğəmbərdən (s) soruşduq, o da eynilə bizə Ümmü
Sələmənin dediyi kimi danışdı.
Qurandakı sadiqlər (doğruçular) imamlardır (ə) Əli (ə) buyurdu: “Uca Allahın öz kitabında belə buyurduğunu bilmirsiniz: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla (sadiqlərlə) birgə olun!” 3 Salman dedi: “Ya Peyğəmbər, bunlar ümumi və ya xüsusi insanlar-
dır?”. Peyğəmbər (s) buyurdu: “Əmr olunanlar ümumidir. Çünki möminlər
buna əmr olunublar. Sadiqlər isə xüsusi olaraq qardaşım Əli ibn Əbu Talib və
qiyamət gününədək ondan sonrakı vəsilərdirlər”.
Əli (ə) dedi: “Təbuk savaşında Peyğəmbərə (s) dedim: “Ya Peyğəmbər, məni
niyə burada qoyursan (özünlə döyüşə aparmırsan)?” Buyurdu: “Ey Əli, mən və
ya sən olmasan Mədinə asayişdə olmaz. Sənin mənə nisbətin Harunun Musaya
nisbətidir, peyğəmbərlikdən savayı. Çünki məndən sonra peyğəmbər yoxdur”.
1
Kisa – çiyinə atılan bir növ əba.
2
“Əhzab” surəsi, ayə 33.
3
“Tövbə” surəsi, ayə 119.
146 Suleym ibn Qeys Hilali Ənsar və mühacirlərdən orada olan bir dəstə ayağa qalxıb dedilər: “Təbuk
savaşında biz bunu həqiqətən də Peyğəmbərdən (s) eşitmişik”.