Ali-Muhammedin sirleri indd


şey) verilənləri görmürsənmi? Onlar bütə və tağuta inanır və kafi rlər üçün



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə119/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   115   116   117   118   119   120   121   122   ...   227
AliMuhemmedin sirleri

şey) verilənləri görmürsənmi? Onlar bütə və tağuta inanır və kafi rlər üçün 
də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, -deyirlər. Onlar Allahın 
lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən 
tapa bilməzsən! Yoxsa onların (dünyada) mülkdən (hökmranlıqdan) bir payı 
vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu 
(zərrəsini) belə verməzdilər. Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi 
şeylərə görə insanlara həsəd aparırlar?”.
1
Nemət bəxş edilən insanlar da və 
həsəd olunanlar da bizlərik. 
Yenə də Uca Allah buyurur: “Halbuki Biz İbrahim övladına da kitab və 
hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik. Onlar-
dan kimisi ona iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) 
Cəhənnəmin alovlanmış odu kifayət edər!”.
2
“Böyük mülk (hökmranlıq)” Allahın onların arasında imamlar qərar 
verməsi, onlara itaətin Allaha itaət, onlara qarşı üsyanın Allaha, kitabına və 
Peyğəmbərinin hikmətlərinə qarşı üsyan olduğunu buyurmasıdır. Nə üçün bunu 
Ali-İbrahim haqqında təsdiq etdiyiniz halda Ali-Muhəmməd barəsində inkar 
edirsiniz?!
Ey Müaviyə, əgər sən, yoldaşların və sənin tərəfi ndə olan şamlı, yəmənli, 
bədəvi ərəblər, Rəbiə və Müzərrin
3
üsyankar zalım və tağutları bunu inkar 
edirsinizsə, bilin ki, Uca Allah inkar etməyən bir camaatı buna vəkil eləmişdir!
Ey Müaviyə, həqiqətən də Quran haqq, nur, hidayət, rəhmət və möminlər 
üçün şəfadır. İman gətirməyənlərin qulaqlarında isə Quran bir ağırlıq və (qəlb) 
gözlərinə korluqdur.
1
“Nisa” surəsi, ayə 51-54.
2
“Nisa” surəsi, ayə 54-55.
3
Əhalilərinin say çoxluğu ilə məşhur olan iki qəbilədir.


152
Suleym ibn Qeys Hilali
Ey Müaviyə, elə bir azmış insan dəstəsi, oda dəvət edən elə bir kəs yoxdur 
ki, Uca Allah Quranda onları inkar edib, əleyhlərinə dəlillər göstərib, camaatı 
onlara tabe olmaqdan çəkindirməsin. Onlar barəsində danışan və qəti Quran 
nazil etmişdir ki, bir dəstə onu bilir, bir dəstə isə xəbərsizdir. Mən Peyğəmbərin 
(s) belə buyurduğunu eşitmişəm: “Quranın elə bir ayəsi yoxdur ki, onun bir za-
hiri, bir də batini olmasın, elə bir hərfi yoxdur ki, onun təvili olmasın. “Halbuki 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin