Ali-Muhammedin sirleri indd


verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi)



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə121/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   117   118   119   120   121   122   123   124   ...   227
AliMuhemmedin sirleri

verilməyəydi! Hesabımın nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) 
olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) Mal-dövlətim mənə heç bir 
fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi). Mülküm (səltənətim) 
1
“Ali-İmran” surəsi, ayə 7.
2
“Ali-İmran” surəsi, ayə 7.
3
“Nisa” surəsi, ayə 83.
4
“Haqqə” surəsi, ayə 19-37.


Ali-Muhəmmədin sirləri
153
də məhv olub getdi!”
1
 bunu Peyğəmbərdən (s) sənin, həmçinin bütün səndən 
əvvəlki və sonrakı zəlalət imamları barəsində, onların Allah tərəfi ndən rüsvay 
ediləcəyini və əzaba düçar olacaqlarını söyləyərkən eşitmişəm.
Bəni-Ümməyə barəsində nazil olan ayə
Sizin barənizdə Allahın bu ayəsi nazil olub: “Sənə göstərdiyimiz röyanı 
və Quranda lənətlənmiş ağacı (şəcərəni) insanlar üçün yalnız bir imtahan 
etdik”
2
Bu ayə Peyğəmbərin (s) özündən sonra on iki zəlalət başçısının mey-
munlar şəklində minbərinə daraşdığını gördüyü zaman nazil olub. Onlar ümməti 
köhnə hallarına qaytarırdılar. Onlardan ikisi Qüreyşin iki fərqli qəbiləsindən, 
onu isə Bəni-Üməyyədəndir. On nəfərdən ilki qanını tələb etdiyin dostun, son-
ra sən, oğlun, yeddi nəfəri də Həkəm ibn Əbul-Asın
3
övladlarıdır. Onlardan 
birincisi Mərvandır. Həqiqətən də o (Həkəm) Peyğəmbərin (s) qadınlarının 
söhbətlərinə qulaq asarkən yaxalanmış və Peyğəmbər (s) onu lənətləyərək ya-
nından qovmuşdu.
Ey Müaviyə, Biz o Əhli-Beytik ki, Allah bizim üçün axirəti dünyadan üs-
tün tutmuşdur. Bizim üçün dünyanın mükafat olmasına razı olmamışdır. Sən, 
vəzirin də dəyərsiz yoldaşın Peyğəmbərin (s) belə buyurduğunu eşitmisiniz: 
“Əbul-As oğulları otuz nəfərə çatdıqda Allahın kitabını camaatı aldatmaq, 
Allah bəndələrini özlərinə kölə və var-dövləti (beytul-malı) isə öz sərvətləri 
edərlər”.
Ey Müaviyə, Allahın peyğəmbəri Zəkəriyyə (ə) mişar ilə doğrandı, 
Yəhyanın (ə) başı kəsildi, o, insanları Allaha tərəf dəvət etdiyi halda qövmü onu 
öldürdü. Bunlar Allahın dünyaya dəyər verməməsinin dəlilidir. Ta qədimdən 
bəri Şeytanın dostları Allah övliyaları ilə savaşdılar. Uca Allah buyurur: “Al-

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin