Ali-Muhəmmədin sirləri
161
sözlərini, ravilərin adlarını, atalarının adlarını və kimlərdən olduqlarını yazıb
mənə göndərin”.
Əffanın oğlu barədə hədislərin sayı çoxalana qədər buna riayət elədilər.
Müaviyə də onlara bunun qarşılığında hədiyyələr və paltarlar göndərdi. On-
lardan Ərəb və kölələrə də bir çox ərazi hədiyyə elədi. Belə kəslər şəhərlərdə
artmağa davam edirdi. Ev və torpaq əldə etmək üçün səy göstərir və dünyadan
geniş pay əldə etməyə çalışırdılar. Şəhər və ya kəndlərdən bir valilərin yanına
gəlib, Əffanın oğlu barədə fəzilət rəvayət edib adı yazılmayan, yaxınlaşdırıl-
mayan və ya şəfaəti qəbul edilməyən heç kim qalmamışdı.
Camaat Allah izin
verdiyinə qədər bunu etdilər.
Dostları ilə paylaş: