Ali-Muhammedin sirleri indd


Bəzilərinin adının ucaldılmasına Müaviyənin göstərdiyi səy



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə129/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   125   126   127   128   129   130   131   132   ...   227
AliMuhemmedin sirleri

Bəzilərinin adının ucaldılmasına Müaviyənin göstərdiyi səy
Bundan sonra Müaviyə məmurlara yazdı: “Əffan oğlu barədə hədislər artıq 
yetərincə çoxalıb, hər bir şəhər, kənd və bölgələrdə də yayılmışdır. Məktubum 
sizə çatdıqda camaatı yaşlı səhabə və Səhhakın oğlu haqqında hədis danışmağa 
dəvət edin. Çünki onların fəzilət və üstünlükləri mənim daha çox xoşuma gəlir və 
gözümü nurlandırır. Həmçinin bu Əhli-Beytin dəlillərini etibardan daha yaxşı sa-
lar, onlar üçün Osmanın fəzilət və üstünlüklərini inkar etməkdən daha çətin olar”.
Müaviyənin məmurlarından hər bir hakim və vali bu məktubu camaata 
oxudu. Camaat o ikisinin, onların fəzilətləri haqqında rəvayətlər danışmağa 
başladılar.
Müaviyə uydurulmuş fəzilətləri uşaq və qadınlara da 
öyrətməyi əmr edir
Sonra Müaviyə onlar haqqında uydurma fəzilət və üstünlüklərin toplan-
dı ğı bir kitabı məmurlarına göndərdi. Onlara şəhərdə və məsciddə hər bir 
minbərdən bu kitabın oxudulmasını əmr etdi. Həmçinin bunları uşaqlara 
öyrətmələrini, uşaqların Quranı öyrənib söylədikləri kimi bunları da öyrənib 
yaymaları üçün məktəblərdəki müəllimlərə göndərmələrini tapşırdı. Qızlar, qa-
dınlar, xidmətçilər və yaxınlar bunları əzbərlədi. Allahın dilədiyi vaxta qədər 
bu davam elədi.
Şiənin kökünü kəsmək üçün Müaviyənin proqramı
Sonra Müaviyə şəhərlərdəki məmurlarına məktub yazdı: “Baxın ki, Əlini 
və Əhli-Beytini kimin sevdiyi dəlillə sübut olunsa, onun adını dövlət divanın-
dan silin və şahidliyini əsla qəbul etməyin”.


162
Suleym ibn Qeys Hilali
Sonra başqa bir məktubda belə yazdı: “Hər kimi Əli şiəsi olmaqda ittiham 
edib, ancaq əleyhinə dəliliniz olmasa, onu öldürün”.
Beləliklə də yalnız zənn və şübhəyə əsaslanaraq şiələri gördükləri yerdə 
öldürürdülər. Belə ki, bəzən bir kəs səhvən bir söz söylədikdə belə buna 
görə boynunu vururdular. Bu bəla heç bir şəhərdə İraqdakı, xüsusilə də Kufə 
şəhərindənki qədər genişmiqyaslı və daha şiddətli deyildi. Hətta Mədinədə və 
digər şəhərlərdə yaşayan Əli şiələri güvəndiyi bir şəxsin evinə gedib və sir-
rini ona açarkən evin xidmətçisindən və köləsindən çəkinirdi. Beləliklə də 
dediklərini gizli saxlaması barədə çox ağır andlar vermədən heç kəsə hədis 
nəql etmirdilər.
Bu minvalla yalanlar getdikcə şiddətləndi və ətrafl arındakı düşmənlər ço-
xaldı. Müaviyə tərəfdarları isə yalan və böhtanla uydurduqları hədisləri dostları 
arasında aşkar söyləyir, camaata öyrədildilər. Camaat bunlardan başqa bir şey 
öyrənmirdilər. Hakimlər, valilər və fəqihlər də bunlara əsasən hökm verirdilər.
Bu fi tnə və bəlalardan ən çox riyakar və xain Quran qariləri qazanc əldə 
elədilər. Onlar camaatın qarşısında hüznlü, çəkingən, ibadət və itaət əhli kəslər 
kimi görünür, sonra da yalan danışır və hədis uydururdular. Bunu valilərin 
yanında mənsəb əldə etmək, onların məclislərində iştirak etmək, mal, ev və 
ərazi əldə eləmək üçün edirdilər. Onların bu hədis və rəvayətləri camaatın əlinə 
düşdükdə onları həqiqi və doğru zənn edirdilər. Ona görə də camaat bunları 
rahatlıqla qəbul və rəvayət edir, öyrənir və başqalarına öyrədirdilər. Bunlara 
görə bir-birlərini sevir və nifrət bəsləyirdilər. Onların məclisləri bu hədislərə 
əsasən toplanır və camaatın həqiqətən dindar, yalana şahidlik etməyən və ya-
lançılara nifrət bəsləyən şəxslərin əlinə düşürdü. Onlar bu uydurma hədisləri 
həqiqi bilib qəbul və nəql edirdilər. Əgər batil olduğunu bilsəydilər bunları 
əsla nəql etməz, dinin hökmü kimi qəbul etməz və ona qarşı çıxanları təqsirkar 
bilməzdilər. Həmin vaxt haqq batilə, batil isə haqqa çevrilmişdi! Doğru yalan 
və yalan isə doğru sayılmışdı! Peyğəmbər (s) buyurmuşdu: “Sizi elə bir fi tnə 
əhatə edəcək ki, o fi tnə içində uşaqlar böyüyəcək və böyüklər qocalacaq. İn-
sanlar ona əməl edəcək və onu sünnəyə çevirəcəklər. Nə vaxt ondan bir şey 
dəyişilsə deyəcəklər: “Camaat pis iş gördülər və sünnəni dəyişdirdilər!””.
Həsən ibn Əli (ə) öldükdən bəri fi tnələr və bəlalar günbəgün artdı və 
şiddətləndi. Elə bir Allah dostu yox idi ki, qanının tökülməsindən qorxmasın, 
ya öldürülməsin, ya sürgün edilməsin, ya da qaçmasın. Bütün Allah düşmənləri 
isə sözlərini açıq deyir, dinə gətirdikləri bidətləri və azğınlıqları aşkarda icra 
edirdilər.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin