22
Suleym ibn Qeys Hilali
ehtiyacımız yoxdur. Əgər bu işə əncam vermək möminlərin haqqıdırsa, onların
yerinə qərar verməyə ixtiyarın yoxdur. Yox, əgər bizim haqqımızdırsa, bizə (öz
haqqımızdan) pay ayırmağına əsla razı deyilik.
“Həqiqətən də Peyğəmbər (s) bizdən və sizdəndir” sözünə gəlincə, həqi-
qətən Peyğəmbər bir ağacdır ki, biz onun budaqları, siz isə qonşularısınız. Biz
ona yaxınlıqda sizdən daha üstünük.
“Bizim üzərimizi alacaq bəlalar üçün qorxursunuz”
sözünüz isə, bunu artıq
siz birinci olaraq eləmisiniz. Allah ən gözəl yardımçıdır!”
Onlar Abbasın yanından çıxdılar. Abbas isə bu beyti oxudu ki, mənası
belədir:
Bu işin Bəni-Haşimdən və sizdən asılı olduğunu düşünmürəm.
Məgər qiblənizə ilk namaz qılan, kitab və sünnə barədə insanların ən elmlisi
Peyğəmbərə ən yaxını Əbul-Həsən deyilmi?!
O kəs ki, Peyğəmbərin qüslu və kəfənlənməsi zamanı Cəbaryıl ona yardım edirdi.
Onda heç bir insanda olmayan gözəlliklər vardı.
Sizi ondan uzaqlaşdıran şəxsi məgər tanımırıqmı?!
Həqiqətən də bu beyətiniz fi tnənin başıdır!