Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 29 Əlinin (ə) Təlhə Və Zübeyrə qarşı dəlilləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə132/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   128   129   130   131   132   133   134   135   ...   227
AliMuhemmedin sirleri

168
Suleym ibn Qeys Hilali
HƏDİS 29
Əlinin (ə) Təlhə Və Zübeyrə qarşı dəlilləri
Aban Süleymin belə dediyini nəql edir: “Cəməl döyüşü günü Möminlərin 
əmiri Əli Bəsrə əhli ilə görüşdükdə Zübeyrə səslənərək dedi: “Ey Əbu Abdul-
lah! Yanıma gəl!”
Səhabələri dedilər: “Ey Möminlərin əmiri! Beyətini pozan Zübeyrlə görüşə 
gedirsən? Halbuki o, at belində və silahlıdır. Sən isə qatırda və silahsızsan”. Əli 
(ə) buyurdu: “Mənim üzərimdə Allah tərəfi ndən qoruyucu bir qalxan (sipər) 
var. Heç kim əcəlindən qaça bilməz. Allahın dəvəsi Səmudun ən bədbəxtinin 
əlilə kəsildiyi kimi mən də bu ümmətin ən bədbəxtinin əlilə öldürülmədən nə 
ölcəyəm, nə də öldürüləcəyəm”.
Zübeyr onun yanına gəldi. Əli (ə) dedi: “Təlhə haradadır? O da gəlsin”. 
Təlhə də gəldi.
Cəməl əshabı Peyğəmbərin (s) dililə lənətləniblər
Əli (ə) buyurdu: “Allahı sizə şahid tuturam! Siz ikinizin xəbəri yoxdur-
mu, həmçinin Peyğəmbərin (s) Əhli-Beyti və yaşlı səhabənin qızı tərəfi ndən 
də eşidib bilirsinizmi ki, Cəməl əshabı və Nəhrivan əhli Muhəmmədin dililə 
lənətləniblər? Hər kim böhtan atırsa, zərərə uğramışdır!”
Zübeyr dedi: “Cənnətlik olduğumuz halda biz necə lənətlənə bilərik?!” 
Əli (ə) dedi: “Sizin Cənnətlik olduğunuzu bilsəydim sizə qarşı savaşmağı halal 
bilməzdim”.
Zübeyr dedi: “Peyğəmbərin Uhud döyüşü günü “Cənnət Təlhəyə vacib ol-
muşdur. Hər kim yer üzündə canlı halda gəzən bir şəhidi görmək istəsə, Təlhəyə 
baxsın” dediyini eşitmədinmi? (Həmçinin) “Qüreyşdən on nəfər Cənnətdədir” 
dediyini necə, eşitmədinmi?
Əlinin (ə) “Müjdələnmiş on nəfər” hədisini rədd etməsi 
Əli (ə) buyurdu: “Onların adlarını sadala!” Zübeyr doqquz nəfərin adını 
dedi. Onların arasında Əbu Übeydə ibn Cərrah və Səid ibn Zeyd ibn Əmr ibn 
Nufeyl də vardı.


Ali-Muhəmmədin sirləri
169
Əli (ə) buyurdu: “Doqquz nəfəri saydın! Bəs onuncu kimdir?” Zübeyr dedi: 
“Sənsən!”. Əli (ə) dedi: “Sən mənim cənnətlik olduğumu təsdiq və iqrar etdin. 
Amma mən sənin özün və yoldaşların barədə söylədiklərini inkar edirəm. Allaha 
and olsun ki, adlarını saydığın kəslərdən bəziləri cəhənnəmin ən alt təbəqəsində 
olan bir quyuda bir tabutun içindədirlər. Bu quyunun üzərində bir daş vardır. 
Allah cəhənnəmi alovlandırmaq istədikdə bu daşı qaldırar və cəhənnəm alov-
lanar. Bunları Peyğəmbərdən (s) eşitdim. Əgər belə deyilsə, Allah səni mənə 
qalib etsin və sənin əlinlə qanımı töksün. Əgər mən doğru söyləyirəmsə, Allah 
məni sənə və yoldaşlarına qalib etsin”.
Zübeyr ağlayaraq yoldaşlarının yanına qayıtdı.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin