Ali-Muhammedin sirleri indd


Təlhə və Zübeyrin vasitəsilə Peyğəmbərin (s) zövcəsinin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə133/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   129   130   131   132   133   134   135   136   ...   227
AliMuhemmedin sirleri

Təlhə və Zübeyrin vasitəsilə Peyğəmbərin (s) zövcəsinin 
savaşa çıxarılması
Sonra Əli (ə) Təlhəyə üzünü tutub dedi: “Ey Təlhə! Qadınlarınız da 
sizinlədir?” Təlhə dedi: “Xeyr”. Əli (ə) buyurdu: “Siz elə bir qadına etimad 
etdiniz ki, Allahın kitabında onun evində oturması əmr edilmişdir. Öz qadınla-
rınızı çadır və xeymələrinizdə qoruduğunuz halda onu (hər kəsə) göstərdiniz. 
Nə Peyğəmbərə (s) və nə də özünüzə qarşı insafl ı rəftar etdiniz. Öz qadınla-
rınızı evlərdə oturtdunuz, amma Peyğəmbərin (s) həyat yoldaşını çölə çıxar-
dınız. Halbuki Allah onlarla yalnız pərdə arxasından danışmağı əmr etmişdir.
Mənə Abdullah ibn Zübeyrin imam olaraq sizə namaz qıldırmasından 
xəbər ver! İkinizdən biri digərindən razı deyilmi? Həmçinin, bədəviləri 
mənimlə döyüşə dəvət etməyinizdən də xəbər ver! Sizi buna məcbur edən nə 
idi?”
Təlhə dedi: “Ey, biz şurada altı nəfər idik. Bizdən biri (Əbdürrəhman ibn 
Ovf) öldü və digəri də (Osman) öldürüldü. Bu gün dörd nəfər qalmışıq və heç 
birimiz səni istəmirik”.
Əli (ə) buyurdu: “Bu mənim əleyhimə deyil. Biz şurada ikən iş bizdən 
başqasının əlində idi. Amma bu gün mənim əlimdədir. Mən Osmana beyət 
etdikdən sonra xilafəti məsələsini yenidən şuraya qaytara bilərdimmi? Buna 
ixtiyarım vardı?” Təlhə dedi: “Xeyr”. Əli (ə) “Niyə?” deyə soruşdu. Təlhə 
dedi: “Çünki sən öz istəyinlə beyət etmişdin”.
Əli (ə) buyurdu: “Bu necə olur? Ənsar qılınclarını çəkərək “Əgər öz 
içinizdən birinə beyət etsəniz, məsələni bitirərsiniz. Əks halda hamınızın bo-
yununu vuracağıq” dedikləri halda necə öz istəyimlə beyət etmiş sayılıram?! 
Məgər siz ikiniz mənə beyət etdiyiniz zaman sənə və yoldaşlarına belə bir söz 


170
Suleym ibn Qeys Hilali
deyildimi? Zorla beyət etdirilmək barədə mənim dəlilim səninkindən daha 
açıqdır. Sən və yoldaşın məcburiyyət olmadan, öz istəyinizlə mənə beyət et-
diniz. Siz bunu edən ilk kəslər idiniz və sizə heç kim “Beyət etməlisən, yoxsa 
sizi öldürərik” demədi”.
Təlhə geri döndü və döyüş başladı. Təlhə öldürüldü və Zübeyr məğlub 
oldu
1

1
Zübeyr döyüşdən qaçmış, Bəsrə şəhəri kənarında Əmr ibn Cərmuz tərəfi ndən qətlə yetirilmişdi.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin