172
Suleym ibn Qeys Hilali
HƏDİS 31
Məni itirməzdən əvvəl soruşun
Aban ibn Əbu Əyyaş Süleymdən rəvayət edir: “Kufədə, məsciddə Əli (ə)
ilə birgə oturmuşdum. Camaat da ətrafında idi. Əli (ə) dedi: “Məni itirməzdən
əvvəl soruşun. Allahın kitabı barədə soruşun. Allaha
and olsun ki, Allahın kita-
bında elə bir ayə nazil olmayıb ki, Peyğəmbər (s) onu mənə oxuyub və təvilini
öyrətməsin”.
İbn Kəvva dedi: “Bəs sən yanında olmadığın
zaman nazil olan ayələr
barədə necə?”
Əli (ə) dedi: “Bəli, yanında olmadığım zaman nazil olanları saxlayır və
mən gəldikdə “Ey Əli, Uca Allah səndən sonra fi lan, fi lan ayələrini endirmiş-
dir.
Həmin ayəni mənə oxuyur, təvilinin fi lan-fi lan şeylər olduğunu deyir, məni
öyrədirdi”.