Ali-Muhəmmədin sirləri
179
HƏDİS 35
Siffi n savaşından bir epizod
Aban Süleymin belə dediyini nəql edir: “Əli aralarında
Vəlid ibn Uqbə ibn
Əbu Muitin olduğu bir dəstə Şam əhlinin
1
yanından keçdi. Onlar Əlini söydülər.
Bunu (Əliyə (ə)) xəbər verdilər. Əli (ə) səhabələrindən onlara qarşı olan bir
dəstənin arasında dayanıb dedi:
“Onların üzərinə gedin. Sükunət (arxayınlıq), salehlərin siması və İsla-
mın vüqarı sizin üzərinizdədir. Onlar Allaha qarşı cəhldə, Ona qarşı cürətdə
1
Vəlid ibn Uqbə Osmanın yaxın qohumlarındandır. Onu Kufəyə vali təyin etmişdi. Əllamə
Əmini “əl-Ğədir” kitabının 8-ci cildinin 120-ci səhifəsində belə nəql edir: “Vəlid ibn Uqbə
zinakar və şərab içən bir kəs idi. Bir dəfə Kufədə şərab içdikdən sonra şəhərin məscidində
camaata imam olmuş və sübh namazı qıldırmışdı. Sübh namazını dörd rükət qıldırmış, son-
ra üzünü camaata tutub belə demişdi: “Yenə də davam etməmi istəyirsiniz?” Bundan son-
ra məscidin mehrabına qusdu və namaz əsnasında bu mahnını oxudu ki, sözlərinin mənası
belədir: “Hər ikisi də yaşlandıqdan sonra ürəyi Rübaba meyl etdi”.
Təlhə və Zübeyr Əffanın oğlunun yanına gəlib dedilər: “Biz səni müsəlmanların başına
Vəlidi təyin
etməkdən çəkindirdik. Amma sən qəbul etmədin. Şərab içdiyinə və sərxoş olduğuna dair əleyhinə
şahidlik etdilər. Onu vəzifədən (Kufə valiliyindən) çıxar”. Əli (ə) də dedi: “Onu vəzifədən götür,
şahidlər onunla üzünə şahidlik etsələr ona hədd cəzası tətbiq et!”
Osman Kufə valiliyinə Səid ibn Ası təyin etdi və Vəlidi geri göndərməsini tapşırdı. Səid Kufəyə
gəldikdə hökumət evini və məscid minbərini yudu, Vəlidi geri göndərdi.
Onun əleyhinə şahidlik
edildikdə Osman hədd cəzası tətbiq olunmasına göstəriş verdi. Ona incə və yeni bir paltar geydirib bir
otağa həbs etdi. Əffanın oğlu Vəlidi qamçılamağa adam göndərdikdə o: “Səni Allaha and verirəm!
Məndən mərhəmətini əsirgəmə və Əffanın oğlunun qəzəbini üzərinə çəkmə” deyirdi. O da vurmaq-
dan çəkinirdi. Əli (ə) bunu gördükdə qamçını götürüb otağa girdi. Əli onu vurur. o da söyürdü”.
“Biharul-ənvar”ın köhnə çapında, (c.2, s.302) belə deyilir: “Vəlid Əlidən (ə) bir o yana, bir bu
yana qaçırdı. Əli onu tutdu və sərt şəkildə yerə vurdu. Sonrada həddi ona tətbiq etdi”.
Nabiğənin oğlu Əmr ibn Asdır. Anası Məkkənin məşhur zinakarlarından idi. Qüreyşdən altı
nəfər onunla zina etmiş və nəticəsində Əmr ibn As dünyaya gəlmişdi. Bu altı nəfərdən han-
sının oğlu olduğu barədə mübahisə düşdükdə anası Nabiğə onu As ibn Vailə nisbət verdi”.
(“əl-Ğədir”, c.2, s.121)
Əbul-Əvər Əsləmi isə Əmr ibn Süfyanın oğludur. Peyğəmbərin (s) vəfatına yaxın münafi qlərin
Əlinin (ə) əleyhinə bağladıqları müqavilədə iştirak etmişdi. Möminlərin əmirinə (ə) qarşı
düşmənçilik edirdi. Bu səbəbdən Müaviyə onu Siffi ndə ordunun başçılarından biri təyin etdi.
Mərvan ibn Həkəm - Peyğəmbər (s) onu atası Həkəmlə birlikdə Mədinədən sürgün etmişdi.
Bundan sonra o, taifdə məskunlaşmışdı. Mərvan doğulduqda onu Peyğəmbərin (s) yanına
gətirmişdilər və Peyğəmbər (s) onun haqqında belə buyurmuşdu: “Kərtənkələ oğlu kərtənkələ,
lənətlənmiş oğlu lənətlənmişdir”. (“əl-Ğədir”, c.8, s.244 və 260.)
180
Suleym ibn Qeys Hilali
və aldanmağa ən yaxınlar olaraq başçıları Müaviyə, nabiğənin oğlu, Əbul-
Əvər Sələmi (Əsləmi), Əyyaş ibn Əbu Muit, İslamda hədd cəzası olaraq qam-
çı vurulmuş (Vəlid) və sürgün edilmiş Mərvandan ibarət dəstədir. Onlar ora-
da dayanmış və söyürlər. Əvvəlki günlərdə mənimlə döyüşmədilər, (amma)
söydülər. Mən o zaman onları İslama dəvət edirdim və onlar isə məni bütlərə
ibadət etməyə çağırırdılar.
Allaha həmd olsun ki, keçmişdə də və indi də mənə
düşmənçilik edənlər fasiq münafi qlərdir. Həqiqətən, bu, əhəmiyyətli məsələdir.
Bu fasiq münafi qlər bizim yanımızda etibarlı deyillər və İslam üçün təhlükəli
şəxslərdirlər. Bu ümmətin yarısına hiylə qurdular, fi tnənin
sevgisini qəlblərinə
doldurdular və onları batilə tərəf sürüdülər. Bizə qarşı savaşa təhrik etdilər və
Allahın nurunu söndürməyə səy göstərirlər. Kafi rlər istəməsə də Allah Öz nu-
runu tamamlayacaq”.
Sonra əsgərlərini onlara hücuma təşviq etdi və dedi: “Onlar qəlbləri uçu-
ran, ard-arda gələn, başları yaran, burunları və sümükləri ayıran, yumruqları
qıran zərbələr olmasa yerlərini tərk etməzlər. Ta ki, alınları dəmirdən payalarla
əzilər, qaşları sinələrinin, çənələrinin və boğazlarının üzərinə dağılar.
Din əhli
və mükafat axtranlar haradadır?”
Dostları ilə paylaş: