Ali-Muhammedin sirleri indd


HƏDİS 4 Səqifə hadisəsi Salman Farisinin dilindən



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə14/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   10   11   12   13   14   15   16   17   ...   227
AliMuhemmedin sirleri

23
HƏDİS 4
Səqifə hadisəsi Salman Farisinin dilindən
1. Ənsarın Səqifə əhlinə qarşı dəlil göstərmələri
Əban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən rəvayət edir ki, Salman Farisinin 
belə dediyini eşitdi: “Peyğəmbər (s) vəfat etdikdən sonra camaat elədiyini elədi. 
İki şeyx və Əbu Übeydə ibn Cərrah gəldilər, ənsar onlarla Əlinin (ə) höccəti 
barədə mübahisə etdi. Dedilər: “Ey ənsarlar! Bu məsələdə Qüreyş sizdən daha 
artıq haqq sahibidir. Çünki Peyğəmbər (s) Qüreyşdəndir. Mühacirlər sizdən 
daha xeyirlidirlər, çünki Uca Allah onları Öz kitabında bəyan etmiş və üstün 
bilmişdir. Peyğəmbər də (s) buyurub: “İmamlar Qüreyşdəndir”.
Peyğəmbərə (s) qüsl verilməsi və namaz qılınması
Salman dedi: “Əlinin (ə) yanına gəldim, o, Peyğəmbərə (s) qüsl verir-
di. Belə ki, Peyğəmbər (s) Əlidən başqasının ona qüsl verməməsini vəsiyyət 
eləmişdi. Əli (ə) demişdi: “Ey Allahın rəsulu, bəs mənə kim yardım edəcək?” 
Peyğəmbər (s): “Cəbrayıl” – deyə cavab vermişdi. Əli (ə) hansı üzvü yumaq 
istəyirdisə, Peyğəmbərin (s) bədəni həmin tərəfə çerilirdi.
Peyğəmbərin (s) qüsl, hənut və kəfən işləri başa çatdıqdan sonra məni, Əbu 
Zərri, Miqdadı, Fatiməni, Həsən və Hüseyni (onlara salam olsun!) içəri çağırdı, 
Əli (ə) önə keçdi, biz də arxasında səf tutub namaz qıldıq. Aişə otağında idi, 
bundan xəbər tutmadı, Allah onun bəsirətini almışdı.
Sonra mühacirlər on nəfər və ənsar da bir o qədər adam içəri daxil oldular. 
Onlar içəri keçir, dua edir və çıxırdılar. Mühacir və ənsardan hər biri ona sala-
vat deyirdilər.
Yaşlı səhabəyə beyət edən edənlər
Salman Farisi deyir: “İmam Əli (ə) Peyğəmbərə (s) qüsl verilərkən camaa-
tın elədiklərini ona xəbər verdim. Dedim: “Yaşli səhabə bir saatdır Peyğəmbərin 
(s) minbərindədir, ona sağ və sol əllə beyət edirlər”.
Əli (ə) dedi: “Ey Salman, Peyğəmbərin (s) minbərində ona ilk beyət edəni 
tanıyırsanmı?” Dedim: “Xeyr, tanımadım, Bəni Səidədə ənsarla mübahisə 


24
Suleym ibn Qeys Hilali
edərkən onu Səqifədə dayanan görmüşdüm. Ona ilk beyət edən Muğeyrə ibn 
Şöbə, sonra Bəşir ibn Səid, sonra Əbu Übeydə ibn Cərrah, sonra Səhhakın oğlu, 
sonra Əbu Hüzeyfənin köləsi Salim və Muaz ibn Cəbəl idi”.
İmam Əli (ə) buyurdu: “Səndən onlar barəsində soruşmuram. O minbərə 
çıxarkən ona beyət edən ilk şəxsin kim olduğunu bilib-bilmədiyini soruşuram”. 
Dedim: “Xeyr, bilmirəm. Lakin əsasına söykənmiş yaşlı bir qocanı gördüm, 
alnında səcdədən içəri batmış bir iz vardı. Hamıdan əvvəl minbərə qalxdı, baş 
əyib uca səslə dedi: “Həmd olsun Allaha ki, səni bu minbərdə görməyi mənə 
nəsib elədi. Uzat əlini”. Yaşlı səhabə əlini uzatdı, o da beyət elədi. Sonra dedi: 
“Bu gün sanki Adəmin günü kimidir!”. Sonra aşağı düşüb məsciddən çıxdı”.
İmam Əli (ə) dedi: “Ey Salman, onun kim olduğunu bilirsən?” Dedim: 
“Yox, onun danışığı heç xoşuma gəlmədi, sanki Peyğəmbərin (s) ölümünə se-
vinirdi”.
İmam Əli (ə) buyurdu: “Həqiqətən də o, lənətlənmiş İblisdir”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin