Ali-Muhammedin sirleri indd


HƏDİS 37  1. “Şəhifə əhli”nin ölüm ayağında söylədikləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə141/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   137   138   139   140   141   142   143   144   ...   227
AliMuhemmedin sirleri

183
HƏDİS 37 
1. “Şəhifə əhli”nin ölüm ayağında söylədikləri
Muaz ibn Cəbəlin ölüm vaxtı dedikləri və gördükləri
Aban Süleym ibn Qeysdən belə nəql edir: “Şam əhlinin ən elmlisi və ən 
çalışqanı olan Muaz ibn Cəbəlin qayınatası Əbdürrəhman ibn Ğanəm əl-Əzdi 
Somalinin
1
belə dediyini eşitdim: 
“Muaz ibn Cəbəl vəba xəstəliyindən öldü.
2
Öldüyü gün orada idim. İnsan-
lar vəba ilə mübarizə aparırdılar. Evdə onunla məndən başqa heç kəs yox idi. 
Bu Səhhakın oğlunun xilafəti dövründə idi. Muaz deyirdi: “Vay olsun mənə! 
Vay olsun mənə! Vay olsun mənə! Vay olsun mənə!” Öz-özümə düşündüm: 
“Vəba xəstələri sayıqlayar, danışar və qəribə sözlər söyləyərlər”. 
Dedim: “Allah sənə rəhm eləsin, sayıqlayırsan?” Dedi: “Xeyr”.
Dedim: “Bəs niyə özünə vay deyirsən?” Dedi: “Allahın dostuna qarşı Alla-
hın düşmənini dost tutduğuma görə!”
Dedim: “O kimdir?” Muaz dedi: “Peyğəmbərin xəlifəsi, vəsisi Əli ibn 
Əbu Talibə qarşı Allahın düşmənləri Ətiq (Yaşlı səhabə) və Səhhakın oğlunun 
vilayətini qəbul etdiyim üçün!”
Dedim: “Həqiqətən də sən sayıqlayırsan!”. Muaz dedi: “Ey İbn Ğanəm! 
Allaha and olsun ki, sayıqlamıram! Allahın Peyğəmbəri və Əli ibn Əbu Talib 
deyirdilər: “Ey Muaz ibn Cəbəl! “Əgər Peyğəmbər ölsə və ya öldürülsə xilafəti 
Əlidən alacağıq və əsla o xilafətə yetişəməyəcək” deyən sən və yoldaşların 
cəhənnəm odu ilə müjdələnin! Sən, Ətiq, Ömər, Əbu Übeydə və Salim”.
Dedim: “Ey Muaz! Bu nə vaxt olub?” Dedi: “Vida Həccində. O zaman biz 
vədələşdik ki, Əli qarşısında bir-birimizə kömək edək, biz yaşadığımız müddətdə 
xilafətə yetişməsin”. Peyğəmbər vəfat etdikdə onlara dedim: “Mən camaatım olan 
ənsarlar barədə sizə təminat verirəm. Siz də Qüreyş barədə mənə təminat verin”. 
Peyğəmbərin dövründə Əliyə qarşı bağladığımız müqaviləyə Bəşir ibn Səid
3
və 
Üseyd ibn Hüzeyri də dəvət etdim və onlar da bu məsələdə mənə beyət etdilər”.
1
Əbdürrəhman ibn Ğanəm Peyğəmbər (s) zamanında müsəlman olmuşdu. Amma onu görmədi 
və faydası toxunmadı. Şam əhlinin əksəriyyətinə və tabeinlərə fi qh öyrədən o olub.
2
Bu hicrətin 18-ci ilində baş verib.
3
Bəşir ibn Səid Xəzrəc qəbiləsinin başçısı idi. Əbu Bəkrin xilafəti dövründə Yəməndə öldürül-


184
Suleym ibn Qeys Hilali
Dedim: “Ey Muaz! Sən həqiqətən də sayıqlayırsan!” Dedi: “Yanağımı yerə 
qoy!” Ölənə qədər “Vay olsun mənə! Ölüm olsun mənə!” deyə bağırdı.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin