Ali-Muhammedin sirleri indd


Bu sözləri Əmirəl-mömininin (ə) təsdiqləməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə143/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   139   140   141   142   143   144   145   146   ...   227
AliMuhemmedin sirleri

185
Bu sözləri Əmirəl-mömininin (ə) təsdiqləməsi
Sonra Möminlərin əmiri Əlinin (ə) yanına gəldim
1
. Atamdan eşitdiklərimi 
və Səhhakın oğlunun oğlunun atasından eşitdiklərini ona danışdım. Möminlərin 
əmiri (ə) dedi: “Bunları mənə səndən və Səhhakın oğlunun oğlundan daha doğ-
ru sözlü bir nəfər onun atasından, sənin atandan, Əbu Übeydədən, Salimdən 
və Muazdan mənə nəql etdi”. Dedim: “O şəxs kimdir, ey Möminlərin əmiri?” 
Buyurdu: “Bəzi adamlar mənə danışdı”. Kimi nəzərdə tutduğunu anladım
2
və 
dedim: “Doğru söylədin, ey Əmirəl-möminin! Mən bir insanın bunları sənə 
söylədiyini zənn etdim. Halbuki atam bunları söylədikdə yanında məndən baş-
qa heç kəs yox idi”.
Süleym Əbdürrəhman ibn Ğanəmə dedi: “Muaz vəbadan öldü. Əbu Übeydə 
ibn Cərrah bəs hansı xəstəlikdən öldü?” Dedi: “Dübeylədən”
3
.
2. Yaşlı səhabənin ölümü zamanı baş verənlər
Sonra Məhəmməd ibn Yaşlı səhabələ qarşılaşdım və dedim: “Atanın 
ölümünə qardaşın Əbdürrəhman, Aişə və Səhhakın oğlundan başqa kimsə 
şahid oldumu?” Dedi: “Xeyr!”. “Bəs sənin eşitdiklərini onlar da eşitdilər?” 
Dedi: “Bir hissəsini eşidib ağladılar və “Sayıqlayır!” dedilər. Amma mənim 
eşitdiklərimin hamısını onlar eşitmədilər”. 
Yaşlı səhabə ölüm ayağında Peyğəmbəri (s) və Əlini (ə) 
görür
Dedim: “Onlar nə eşitdilər?” Dedi: “O, “vay olsun, ölüm olsun” deyərkən 
Səhhakın oğlu “Ey Peyğəmbərin xəlifəsi! Nə oldu ki, ah-vay çəkirsən?” deyə 
soruşdu. Atam dedi: “Bu Peyğəmbərdir, Əli də onun yanındadır. Məni odla 
müjdələyir. Əlində onun əleyhinə Kəbədə imzaladığımız müqavilə var və mənə 
deyir: “Ömrümə and olsun, bu müqaviləyə vəfa etdin, sən və dostların Allahın 
vəlisinə qarşı birləşdiniz. Cəhənnəmin ən alçaq yerindəki odla müjdələn!”
Səhhakın oğlu bunları eşitdikdə “Sayıqlayır!” deyərək otaqdan çıxdı. Atam 
dedi: “Allaha and olsun ki, sayıqlamıram. Hara gedirsən?” Səhhakın oğlu dedi: 
“Sən mağarada olan iki nəfərdən birisən!” Atam dedi: “İndidəmi! Mən sənə da-
1
Bu Məhəmməd ibn Əbu Bəkrin sözləridir.
2
Bunları insan olmayan bir məxluqun ona xəbər verdiyini anladım. Çünki atam bu sözləri 
söylədikdə yanında məndən başqa birisi yox idi.
3
Dübeylə - bir növ taundur, insanın daxilində ağciyər pərdələri arasında sızanaq kimi çıxır və 
nəticədə sahibini öldürür.


186
Suleym ibn Qeys Hilali
nışmadımmı ki, onunla mağarada olarkən Muhəmməd (diqqət yetirin ki, Alla-
hın peyğəmbəri (s) demir) mənə nə dedi: “Mən Cəfəri və yoldaşlarının gəmisini 
görürəm. Dənizdə üzürlər”. Mən dedim: “Mənə də göstər!” Əlini üzümə sürt-
dü və mən gəmini gördüm. Həmin vaxt onun sehrbaz olduğuna əmin oldum. 
Mən bunları Mədinədə sənə danışdım və onun sehrbaz olması barədə səninlə 
həmfi kir olmadıqmı?!”
Səhhakın oğlu dedi: “Ey camaat, atanız sayıqlayır! Ondan eşitdiklərinizin 
üstünü örtüb gizlədin ki, Əhli-Beyt sizi ələ salmasın”. Sonra Səhhakın oğlu, 
qardaşım və Aişə namaz üçün dəstəmaz almağa çıxdılar və mən atamdan onla-
rın eşitmədiyi sözləri də eşitdim.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin