189 HƏDİS 38
Ümmətin haqq və batil əhlinə bölünməsi və bu ikisi arasında gedib-gəlməsi Aban Süleymdən nəql edir ki, Salman, Əbu Zərr və Miqdad belə deyirlər:
“Biz Peyğəmbərlə (s) birgə əyləşmişdik, bizdən savayı Peyğəmbərin (s) yanın-
da heç kəs yox idi. Bədr savaşında iştirak edən mühacirlərdən üç nəfər içəri
daxil oldu.
Peyğəmbər (s) buyurdu: “Məndən sonra ümmətim üç dəstəyə ayrılacaq:
haqq dəstəsi, ona batildən heç nə sirayət etməyəcək. Onların misalı qırmızı qı-
zıl kimidir, hər dəfə onu odda qızdırdıqda parlaqlığı və gözəlliyi daha da artar.
Onların imamı bu üç nəfərdən biridir; bir dəstə batil əhlidir. Onlara haqdan heç
bir şey sirayət etməyəcək. Onların misalı keyfi yyətsiz çürümüş dəmir kimidir.
Hər dəfə onu odda qızdırdıqda keyfi yyəti daha da azalar və pis qoxusu yayılar.
Onların imamı bu üç nəfərdən biridir; üçüncü dəstə şübhədə olan azmışlardır.
Nə birincilərin, nə də ikincilərin yanında qərar tuta bilmirlər. Onların da imamı
bu üç nəfərdən biridir”.
Süleym deyir: “Onlardan bu üç imam haqqında soruşdum, belə dedilər:
“Haqq və hidayət imamı Əli ibn Əbu Talibdir, üçüncü dəstənin imamı Sad
ibn Əbu Vəqqasdır”. Üçüncü şəxsin adını onlardan eşitmək istədim. Amma
söyləməkdən imtina etdilər, kimin qəsd olunduğunu bildiyimi dedilər.
Kufədə olarkən İmam Əlidən (ə) Salmanın, Əbu Zərrin və Miqdadın nəql
etdikləri, Peyğəmbərin (s) yanında baş vermiş bu hadisəni və “məndən sonra
ümmətim üç dəstəyə ayrılacaq” sözlərini soruşdum, onların sənin və Sadın adı-
nı çəkdiklərini bildirdim. Üçüncü şəxsin adını çəkmədiklərini, lakin işarə ilə
kimi qəsd etdiklərini söylədiklərini dedim.
İmam Əli (ə) buyurdu: “Ey Süleym, kədərləndirici haldır ki, Bəni-İsrailin
qəlbləri buzova olan sevgi ilə dolduğu kimi bu ümmətin də qəlbləri həmin kəsə
sevgi ilə doludur. Ey Süleym, onun kim olduğu barədə şəkdəsənmi?”. Dedim:
“Bəli. İstəyirəm ki, mənim üçün onu adını çəkəsən, mən də səndən eşidim və
yəqinim artsın”.
Dedi: O, həmin yaşlıdır.