Ali-Muhəmmədin sirləri
191
HƏDİS 39
Qədir Xum
Aban ibn Əbu Əyyaş Süleymdən
nəql edir ki, Əbu Səid Xudrinin belə de-
diyini eşitdi: “Peyğəmbər Qədir Xumda camaatı çağırdı. Ağacın altındakı ti-
kanların təmizlənməsini əmr etdi və həmin yer təmizləndi. Cümə axşamı idi.
Camaatı yanına çağırdı və Əbu Talib oğulu Əlinin
bazusundan tutub o qədər
qaldırdı ki, Peyğəmbərin (s) qoltuğunun altındakı ağlıq göründü. Sonra buyur-
du: “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. İlahi,
onu sevəni sev,
ona düşmən olana düşmən ol, ona yardım edənə yardım et və onu alçaldanı
alçalt!”
Əbu Səid dedi: “Peyğəmbər (s) minbərdən enməmiş bu ayə nazil oldu:
“Bu
gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin
üçün din olaraq İslamı bəyənib seçdim”.
1
Peyğəmbər (s) buyurdu: “Dinin
kamalı, nemətin tamamlanması, Rəbbin mənim
peyğəmbərliyimə və məndən
sonra Əlinin vilayətinə görə Allaha təkbir deyirəm!”
Dostları ilə paylaş: