Ali-Muhəmmədin sirləri
25
“İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin
istisna olmaqla, hamısı ona uydu”.
1
2. Əmirəl-möminin (ə) nəsillər (əsrlər) üzərinə dəlillər
qoyur
Salman deyir: “Gecə olduqda Əli (ə) Fatiməni (ə) ulağın üzərində oturdub,
övladları Həsən (ə) və Hüseynin (ə) əllərindən tutaraq evdən çıxdılar. Mühacir
və ənsardan elə bir şəxs qalmadı ki, onun evinə getməsinlər. Onlara öz haqqını
xatırladır, yardım etməyə dəvət edirdi. Onun bu dəvətinə yalnız qırx dörd nəfər
müsbət cavab verdi. Onlara səhər tezdən başları qırxılmış və silahları ilə birgə
ölüm üzərinə beyət etmələrini əmr elədi.
Səhər açıldıqda onlardan yalnız dördü əhdinə vəfa elədi.
Salmana dedim: “O dörd nəfər kimlər idi?” Dedi: “Mən, Əbu Zərr, Miqdad
və Zübeyr ibn Əvvam”.
Sonra qarşıdakı gecədə Əli (ə) yenə də onların evlərinə gedib, onlarla
söhbət elədi. Yenə onlar “Səhər tezdən sənin hüzurundayıq” dedilər. Bizdən
başqa səhər heç biri gəlmədi. Üçüncü gecə də onlarla söhbət elədi, söz verdilər,
ancaq yenə də bizdən başqası gəlmədi.
Dostları ilə paylaş: