194
Suleym ibn Qeys Hilali
HƏDİS 41
Peyğəmbərin (s) şiələr haqqında son sözləri
Aban Süleymdən Əlinin (ə) belə dediyini nəql edir: “Peyğəmbər (s) vəfat
etdiyi gün mənə tapşırıq verdi. Onu qucaqlamış, başı qulaqlarıma yaxın idi. İki
xanım
1
da diqqətlə qulaq asır, nə deyəcəyini eşitmək istəyirdilər.
Peyğəmbər (s) bu zaman belə dua elədi: “İlahi, o ikisinin qulaqlarını ört”.
Sonra mənə dedi: “Ey Əli, Allahın “Həqiqətən də iman gətirənlər və
saleh işlər görənlər yaradılmışların ən yaxşılarıdır”
2
ayəsinin kimlər oldu-
ğunu bilirsənmi?” Dedim: “Allah və rəsulu daha yaxşı bilir”. Buyurdu: “On-
lar sənin şiələrin və yardımçılarındır, qiyamət günü hovuzun başında onlarla
görüşəcəyəm, Bu, ümmətlər diz üstə çökmüş, məxluqları Uca Allaha tərəf ça-
ğırılan və heç kim bundan yaxa qurtara bilməyən zaman mənə və onlara vəd
edilən hovuzdur. Həmin gün Uca Allah səni və şiələrini çağıracaq, siz alınları-
nızdan nur parlayan halda, suya doymuş vəziyyətdə gələcəksiniz.
Ey Əli, “Həqiqətən, kitab əhlin dən kafi r olanların və müşriklərin yeri
cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən
pisləridir”
3
. Onlar yəhudilər, Bəni-Üməyyə və onların tərəfdarlarıdır. Onlar
qiyamət günü bədbəxt, ac və susuz, üzü qara vəziyyətə həşr ediləcəklər”.
Bu kitabın qədim “b” və “d” nüsxələrində bu kəlmələr də var:
Haqq zahir olanadək kitabı qorumaq barədə əmr
Ey Cabir
4
, bu kitabı (Süleymin kitabını) qoru! Bəni-Abbasdan sonuncusu
“Zül-eyn” olan Allah bəndəsidir. Hicazdan bir münadi (başqa nüsxədə - “od”)
çıxacaq, Kufə məscidini və ikincinin Fəratda tikdiyini dağıdacaq. Türk padşahı
həlak olduqda Şamın dili titrəyəcək, padşahlar çoxlacaq, (sonda) Allaha həmd
olsun ki, haqq zahir olacaq.
1
Yəni: Aişə və Həfsə.
2
“Bəyyinə” surəsi, ayə 7.
3
“Bəyyinə” surəsi, ayə 6.
4
Ehtimal ki, xitab Məsumdandır (ə). Müraciət olunan şəxs isə ya Cabir ibn Abdullah Ənsari,
ya da Cabir ibn Yezid Cofi dir.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |