Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) on iki İmam (ə) barədə sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə153/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   149   150   151   152   153   154   155   156   ...   227
AliMuhemmedin sirleri

Peyğəmbərin (s) on iki İmam (ə) barədə sözləri
Ey Müaviyə! Peyğəmbərin (s) belə dediyini eşitdim. Həmin vaxt o, 
minbərdə oturmuşdu. Mən, Əmr ibn Əbu Sələmə, Usamə ibn Zeyd, Sad ibn 
Əbu Vaqqas, Saman Farisi, Əbu Zərr, Miqdad və Zübeyr ibn Əvvam da onun 
qarşısında oturmuşduq. Peygəmbər (s) dedi: “Məgər mən möminlərə öz canla-
rından övla (üstün) deyiləmmi?” Biz: “Bəli, elədir, ya Peyğəmbər!” dedik. Bu-
yurdu: “Məgər zövcələrim sizin analarınız deyilmi?” Biz yenə də: “Bəli, elədir, 
ya Peyğəmbər!” dedik. Buyurdu: “Mən kimin mövlasıyamsa (kimə canından 
övlayamsa) bu Əlidə onun mövlasıdır”. Əlilə Əlinin (ə) çiyninə toxundu. “İla-
hi, ona dost olana dost və düşmən olana düşmən ol!”
«Ey insanlar! Mən möminlərə öz canlarından daha övlayam, onların 
məndən başqa əmirləri yoxdur. Əli məndən sonra möminlərə öz canlarından 
daha üstündür və onlar üçün Əlidən başqa bir əmir yoxdur. Atasından sonra 
oğlu Həsən möminlərə öz canlarından daha övladır, Həsəndən başqa onların bir 
əmiri yoxdur. Qardaşından sonra Əlinin oğlu Hüseyn möminlərə öz canların-
dan daha övladır. Hüseyndən başqa onların bir əmiri yoxdur”.
Peyğəmbərin (s) özünün və imamların şəhid edilməsi 
barədə sözləri
Sonra dedi: “Ey insanlar! Mən şəhid olduqda Əli sizə öz canlarınızdan 
daha övladır. Əli şəhid olduqda oğlum Həsən möminlərə öz canlarından daha 
övladır. Oğlum Həsən şəhid olduqda oğlum Hüseyn möminlərə öz canların-
dan daha övladır. Oğlum Hüseyn şəhid olduqda onun oğlu Əli möminlərə öz 
canlarından daha övladır. Onların Əli ibn Hüseyndən başqa bir əmiri yoxdur”. 
Sonra üzünü Əliyə tutub dedi: “Ya Əli! Sən onu görəcəksən. Məndən ona salam 
çatdır. Sonra o şəhid olduqda oğlu Muhəmməd möminlərə öz canlarından daha 
övladır. Sən onu görəcəksən, Hüseyn! Gördükdə məndən ona salamımı çatdır. 
Sonra Muhəmmədin nəslindən bir-birinin ardınca imamlar olacaq və möminlər 
üçün onlardan başqa bir əmr yoxdur”. Bunları üç dəfə təkrarladı və dedi: 
“Onların hamısı möminlərə öz canlarından daha övladırlar və onlarla bərabər 
möminlərin heç bir əmiri yoxdur. Hamısı hidayət olmuş və hidayət edəndirlər. 
Bunlar Hüseynin nəslindən gələcək doqquz nəfərdirlər”.


Ali-Muhəmmədin sirləri
197
Əli ibn Əbu Talib (ə) ağlayaraq ayağa qalxdı və dedi: “Atam və anam sənə 
fəda olsun, ya Peyğəmbər! Səni öldürəcəklər?” Peyğəmbər (s) buyurdu: “Bəli. 
Mən zəhərlənib şəhid olaraq öləcəyəm. Sən qılıncla öldürüləcəksən və saqqalın 
başının qanına boyanacaq. Oğlum Həsən zəhər ilə öldürüləcək. Oğlum Hüseyn 
isə qılıncla öldürüləcək. Onu zalım oğlu zalım, zinazadə oğlu zinazadə və mü-
nafi q oğlu münafi q öldürəcək”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin