Ali-Muhammedin sirleri indd


Müaviyənin etiarfı ilə məhv olanlar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə154/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   150   151   152   153   154   155   156   157   ...   227
AliMuhemmedin sirleri

Müaviyənin etiarfı ilə məhv olanlar
Müaviyə dedi: “Ey İbn Cəfər! Çox böyük söz danışdın. Bu sözlərin doğru-
dursa mən, məndən əvvəlki üç nəfər və bu ümmətdən o üç nəfəri başçı qəbul 
edənlər məhv olmuşlar. Hətta Əhli-Beytin özləri, dostları və yardımçılarından 
savayı bütün Muhəmməd ümmətinin həlak olmuşdur demək!”
Mən dedim: “Allaha and olsun ki, söylədiklərim haqdır. Onları Pey ğəm-
bər dən (s) eşitdim”.
Müaviyə dedi: “Ey Həsən! Ey Hüseyn! Ey İbn Abbas! Cəfərin oğlu nə de-
yir?” Abdullah ibn Abbas dedi: “Əgər söylədiklərinə inanmırsansa, bunu (ora-
da olan) adlarını çəkdiyi şəxslərdən də soruş”. Müaviyə Əmr ibn Əbu Sələmə 
və Usamə ibn Zeydin yanına adam göndərib onlardan soruşdu. Onlar Abdullah 
ibn Cəfərin Peyğəmbərdən (s) eşitdiklərini onların da eşitdiyini söylədilər və 
buna şahidlik etdilər. Bu hadisə Mədinədə ümmətin Müaviyə ətrafında toplan-
masının birinci ilində baş vermişdi.
Süleym deyir: “Abdullah ibn Cəfərin bu hədisi Ömər ibn Xəttab zamanın-
da da söylədiyini eşitmişdim”.
On dörd məsum höccətlər (ə)
Müaviyə dedi: “Ey İbn Cəfər! Həsən, Hüseyn və ataları haqqında dediklərini 
eşitdik. Anaları haqqında nələr eşitdin?” Müaviyə bunları söyləyərkən sanki is-
tehza edirdi.
Mən dedim: “Bəli, Peyğəmbərin (s) belə dediyini eşitdim: “Ədn cənnətində 
mənim evimdən daha şərəfl i, daha üstün və Rəbbimin Ərşinə daha yaxın bir ev 
yoxdur və o evdə yaşayanlar biz on dörd nəfərik. Mən, qardaşım, o, onların ən 
yaxşıları və mənə ən çox sevimli olandır. Fatimə - cənnət qadınlarının xanımı-
dır. (Evdəki digər şəxslər) Həsən, Hüseyn və Hüseynin övladlarından olan doq-
quz imamlardır. Biz on dörd nəfər bir evdəyik. Allah bütün çirkinlik və pisliyi 
bizdən uzaqlaşdırmış, bizi pak və pakizə etmişdir. Bizlər hidayət olunmuş və 
hidayət edənlərik.


198
Suleym ibn Qeys Hilali
Mən Allah tərəfi ndən təbliğ edən, onlar isə həm mənim və həm də Alla-
hın tərəfi ndən təbliğ edənlərdir. Onlar Allahın məxluqlarına höccətləri, yer 
üzündəki şahidləri, elminin xəzinədarları və hikmətinin mədənləridirlər. On-
lara itaət edən Allaha itaət etmiş və onlara qarşı çıxan Allaha qarşı çıxmışdır. 
Onlar olmasa yer üzü bir göz qırpımı qədər qalmaz və onlar olmadan aramlaş-
maz. Ümməti dinlərinin əmrlərindən, halallarından və haramlarından xəbərdar 
edərlər. Onlar Rəblərinin razılığına tərəf yol göstərər, bir əmr və bir qadağa ilə 
onları (Allahın) qəzəbinə səbəb olan şeylərdən çəkindirərlər. Aralarında ixtilaf, 
təfriqə və ziddiyyət yoxdur. Sonra gələnləri əvvəlkilərindən mənim imla etdi-
yim və Əlinin də əli ilə yazdığını götürərlər. Qiyamətə qədər bir-birlərinə varis 
olarlar. Onlardan, şiələrindən və dostlarından başqa bütün yer üzü əhli cəhalət, 
qəfl ət, korluq və çaşqınlıq içindədir. Dinləri ilə bağlı heç bir şeydə ümmətdən 
heç bir kəsə möhtac deyillər. Amma ümmət onlara möhtacdır. Onlar Allahın 
Quranda nəzərdə tutduğu, itaətlərini Özünün və peyğəmbərinin itaətinə yaxın-
laşdırdığı kimsələrdirlər. Uca Allah buyurur: “Allaha, rəsuluna və sizdən olan 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin