Ali-Muhammedin sirleri indd


Peyğəmbər (s) camaatın xəlifə seçməsinə razı olmadı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə157/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   153   154   155   156   157   158   159   160   ...   227
AliMuhemmedin sirleri

Peyğəmbər (s) camaatın xəlifə seçməsinə razı olmadı
Ey Müaviyə! Məgər bilmirsənmi ki, Peyğəmbər (s) Mütə savaşına ordu 
göndərdiyi zaman Cəfər ibn Əbu Talibi onlara başçı təyin etdi və buyurdu: 
“Cəfər ibn Əbu Talib ölsə Zeyd ibn Hərisə onun yerinə orduya başçılıq etsin, 
əgər Zeyd ölsə Abdullah ibn Rəvahə onlara rəhbərdir”. Onların özlərinə başçı 
seçmələrinə əsla razı olmadı. Belə olduğu halda, ümmətindən ayrılarkən on-
ların üzərindəki xəlifəsini bəyan etməzmi?! Allaha and olsun ki, xeyr! Onları 
korluq və şübhə içində buraxmadı. Əksinə, camaatın bu etdikləri Peygəmbərin 
(s) aşkar bəyanından sonra baş verdi. Peyğəmbəri (s) inkar etdilər və həlak 
oldular. Onlara tabe olanlar da həlak oldular, yoldan azdılar. O azanlara tabe 
olanlar da doğru yoldan azdılar. Zalım qövm Allahın rəhmətindən uzaq olsun!”.
Müaviyə dedi: “Ey İbn Abbas! Ağzından böyük sözlər çıxır. Bizim 
nəzərimizdə bir olmaq ixtilafdan daha yaxşıdır. Ümmətin sənin dostunun 
barəsində sabitqədəm olmadığını da bilirsən”.
İbn Abbas dedi: “Mən peyğəmbərin belə dediyini eşitdim: “Elə bir ümmət 
yoxdur ki, peyğəmbərindən sonra ixtilaf etməsin və batil əhli haqq əhlinə qalib 
gəlməsin”. Bu ümmət aralarında ixtilaf və təfriqə olmayan bir çox məsələdə 
ittifaq etmişlər: Allahdan başqa ilahın olmadığında, Muhəmmədin Onun el-
çisi olduğunda, beş namazda, fərz olan zəkatda, Ramazan ayının orucunda, 
Allahın Evinin həccində və s. ibadətlərdə, həmçinin şərabın, zinanın, oğur-
luğun, qohumluq əlaqələrini kəsməyin, yalanın, xəyanətin, bir çox günahların 
haram olmasında və s.. Lakin iki məsələdə ixtilaf etdilər: bunlardan birinə görə 
bir-birlərilə savaşdılar, ixtilafa düşdülər, fi rqələrə parçalandılar, bir-birlərini 


Ali-Muhəmmədin sirləri
201
lənətlədilər və bir-birlərindən uzaqlaşdılar. İkincisi üçün isə döyüşmədilər, ix-
tilafa düşmədilər, o barədə bir-birlərinə vüsət tanıdılar. Bu da Allahın kitabı və 
Peyğəmbərin (s) sünnəsidir. Sonradan ortaya çıxan məsələlərin Allahın kitabında 
və Peyğəmbərin (s) sünnəsində olmadığını zənn etdilər. İxtilaf etdikləri, parça-
landıqları və bir-birlərindən uzaqlaşdıqları məsələ hakimiyyət və xəlifəlikdir. O 
ikisinə Peyğəmbərin (s) Əhli-Beytindən daha çox layiq olduqlarını güman etdilər.
Hər kim qiblə əhlinin ixtilaf etmədikləri məsələləri əxz edib və ixtilaf etdikləri 
məsələlərin elmini Allaha həvalə eləsə, salamat qalar və oddan xilas olar. İxtilaf 
edilən məsələ barədə müşkülə düşdüyü üçün Allah ondan hesab soruşmayacaq. 
Allah hər kimə tofi q verib, ona minnət qoysa, qəlbini nurlandırar, əmr sahiblərini 
və elmin mədəninin harada olduğunu tanıdar. Əgər o da tanısa, belə bir şəxs 
səadət əhli və Allahın dostudur. Peyğəmbər (s) buyurub: “Allah haqqı söyləyib 
qənimət əldə edən və ya susub salamat qalan bəndəyə rəhm eləsin”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin